Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:17

Dağlıq Qarabağdan istefa xəbərləri gəlir - YENİLƏNİB


Dağlıq Qarabağdakı separatçı hakimiyyətin “polis rəisi” Kamo Aghajanian
Dağlıq Qarabağdakı separatçı hakimiyyətin “polis rəisi” Kamo Aghajanian

Dağlıq Qarabağdakı separatçı rejimin rəhbəri Bako Sahakian bir sıra vəzifələrə təyinatlar edib.

Grigoriy Martirosian “dövlət naziri” təyin olunub. O, daha öncə maliyyə naziri vəzifəsini tuturdu. Artur Arutyunian isə “maliyyə naziri” təyin olunub.

Polkovnik Samvel shakhramyan “Milli Təhlükəsizlik Xidməti”nin direktoru, polkovnik İgor Grigorian “polis rəisi” vəzifəsinə gətiriliblər.

***

Bu gün – iyunun 6-da Dağlıq Qarabağdakı separatçı hakimiyyətin “polis rəisi”, general mayor Kamo Aghajanian istefa verib.

“Son etiraz dalğası hamıya düşünməyə əsas verdi. Narahatlığıma səbəb təkcə mənim istefamla bağlı tələb deyildi. Məqsədim ölkənin daxili təhlükəsizliyini təmin etmək, daxili siyasi kəskinləşmədən yayınmaq idi”, – Aghajanian-ın polisin saytında yerləşdirilmiş müraciətində deyilir.

O, istefasıyla bağlı “cəmiyyətdə tələb yarandığından” istefa məruzəsini separatçı rejimin rəhbəri Bako Saakian-a göndərdiyini qeyd edir.

“TOP MƏQSƏDİNƏ ÇATMASA...”

Daha öncə isə Qarabağın “dövlət naziri” Araik Arutyunian istefaya getdiyini açıqlayıb. Bu haqda AzadlıqRadiosu-nun erməni xidməti Arutyunian-ın mətbuat katibindən informasiya əldə edib.

Bako Sahakian (sağdan birinci), Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi Artak Davtian-la görüşür, 5 iyun, 2018-ci il
Bako Sahakian (sağdan birinci), Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi Artak Davtian-la görüşür, 5 iyun, 2018-ci il

Xankəndində dörd gün davam edən etirazların dünən – iyunun 5-də dayandırıldığı bildirilib. Etirazları koordinasiya edən qrup Ermənistanın baş naziri Nikol Pashinian və Dağlıq Qarabağdakı separatçı hakimiyyətin rəhbəri Bako Saakian-ın çağırışlarına cavab verdiklərini deyirdilər.

***Buna da bax: Qarabağda etirazlar dayandırılır

Ancaq koordinasiya qrupunun üzvü David Simonian tələbin dəyişmədiyini, Saakian-a Milli Təhlükəsizlik xidmətinin rəisini, onun müavinini və polis rəisini işdən çıxarmaq üçün vaxt verdiklərini bildirmişdi.

“Nikol Pashinian deyib ki, topu hökumətə ötürürük və bu top məqsədinə çatmasa, etirazçılara, yəni xalqa qayıdacaq”, – Simonian demişdi.

Bu qərardan narazı qalan nümayişçilərin fikrincə, hakimiyyət uzun illər boyunca onları aldadıb və bu dəfə də aldadacaq.

NARAZILAR ÜÇÜN İCTİMAİ ŞURA YARADILIB

Ancaq bir neçə saatdan sonra narazı sakinlər Xankəndinin mərkəzi meydanına yığışıblar. Buradakı mədəniyyət sarayında hakimiyyət etirazçılara ayrıca zal ayırıb, onlar yaradılmış İctimai Şuraya bütün narazılıqlarını, şikayətlərini bildiriblər.

Etirazçılar, 4 iyun, 2018-ci il
Etirazçılar, 4 iyun, 2018-ci il

AzadlıqRadiosu-nun əməkdaşı günortadan sonra qeydiyyat masasına 400-dək ərizə toplandığını müşahidə edib. Ərizələrdə daha çox fərdi məsələlər qaldırılıb.

Zalda keçirilən müzakirədə etirazçılar Dağlıq Qarabağa sistem qərarlarının gərəkdiyini vurğulayıblar. Onlar daha çox məhkəmə sistemində islahatlardan danışıblar.

Etirazlara iyunun 1-də vətəndaşlarla təhlükəsizlik xidməti zabitlərinin dava-dalaşı səbəb olmuşdu. Polis tərəflərin bir-birinə bədən xəsarəti yetirdiyini bildirmiş, ancaq mübahisəyə nəyin səbəb olduğunu açıqlamamışdı. Bundan sonra etirazçılar Xankəndində mərkəzi küçəni bağlayıblar.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib. Atəşkəs razılaşmasından sonra da cəbhədə tez-tez atəş səsləri eşidilməkdədir. Tərəflər, bir qayda olaraq, buna görə bir-birlərini ittiham edirlər.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG