Keçid linkləri

2024, 23 May, Cümə axşamı, Bakı vaxtı 07:38

Hikmət Hacızadə: Paşinyanın bəyanatından narahat olmağa dəyməz...


Paşinyan Moskvadan hansı xəbərlə qayıtdı?
Gözlə

No media source currently available

0:00 0:15:08 0:00

Paşinyan Moskvadan hansı xəbərlə qayıtdı?

Ermənistan baş naziri Nikol Paşinyanın Putinlə görüşündə önəmli məqamlar hansılar olub?

Paşinyan Putinlə Moskvada sentyabrın 8-də görüşüb.

Bakıda politoloq, Azərbaycanın keçmiş səfiri olmuş Hikmət Hacızadə deyir ki, bu səfərin əsas məqsədi Rusiyaya göstərmək idi, Ermənistan əvvəlki kimi Rusiyanın tərəfdaşıdır.

Kremlin rəsmi açıqlamasına görə də, Paşinyan özü də, iki ölkənin münasibətlərinin soyuması barədə mediada gedən münasibətlərə aydınlıq gətirib:

"Bu o demək deyil ki, bizim münasibətlərimizdə suallar yoxdur. Tanrı belə halda qorusun. Əgər münasibətlərdə suallar yoxdursa, demək heç münasibətin özü də yoxdur. Əminliklə deyə bilərəm ki, bizim münasibətlərimizdə həll edilməyəcək sual yoxdur, əlbəttə ki, biz bu gün çox geniş mövzularda müzakirə aparacağıq".

Putin də öz növbəsində münasibətlərin yaxşı olduğunu, Rusiyanın Ermənistanın ən böyük ticarət tərəfdaşı olduğunu dilə gətirib.

Azərbaycanın Rusiyadakı keçmiş səfiri, politoloq Hikmət Hacızadə deyir ki, Azərbaycan, Paşinyanın daha çox Qərbyönümlü siyasət sürəcəyinə, Rusiya və Ermənistanın arasının soyuyacağına, Azərbaycanın bundan udacağına ümid edirdi.

Paşinyanın Moskva səfərində, Putini, münasibətlərin hələ də isti olduğuna nə qədər inandıra bildi?

Politoloq deyir ki, bunu indidən demək çətindir:

Yarım ildə bir ildə bu səfərin nəticələri bilinəcək. O, Putinə min cürə yaxşı söz deyə bilər, amma o, real olaraq rus qoşunlarını sərhəddən kənarlaşdırsa, doğrudan da korrupsiyaya uğramış rus oliqarxların işini Ermənistanda dondursa, onda əlbəttə ki, Putin Paşinyanı cəzalandırmağa çalışacaq.

Yerevanda, Milli və Strateji Araşdırmalar Mərkəzinin direktoru Manvel Sarkisyan isə deyir ki, Rusiya və Ermənistanın arasının dəydiyi barədə danışanlar çoxdur, amma əslində, hər iki ölkənin bir biri ilə bağlı verdiyi hansısa qərarda dəyişiklik olmayıb, bütün real əməkdaşlıq müqavilələri olduğu kimi qalır:

İki ölkənin münasibətlərinin pisləşməsi barədə danışmaq üçün əsas yoxdur. Əksinə, çox adam Ermənistanda Paşinyanı qınayır ki, Rusiya ilə münasibətləri çox sıxdır, o, Moskvaya çox tez tez gedir.

Manvel Sargsyan, 25 avqust 2017
Manvel Sargsyan, 25 avqust 2017

Manvel Sarkisyan deyir ki, Paşinyanın son Moskva səfəri sıradan səfər idi və bundan sonra xüsusi bir dəyişiklik olacağını gözləməyə dəyməz.

Birazdan bu mövzuya yenidən qayıdacağıq, hələlik günün başqa xəbərlərinə keçək.

Paşinyan, sentyabrın 8-də, Putinlə görüşəndən sonra, bəyanat verib deyi ki, Dağlıq Qarabağ Ermənistanın tərkib hissəsidir. Azərbaycanın xarici işlər nazirliyinin sözçüsü Hikmət Hacıyev ertəsi gün, bu bəyanata cavab verib, deyib ki, bu açıqlama, beynəlxalq hüququn prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə hörmətsizlik və ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlara zərbədir:

“Yaxın zamanda Ermənistan rəhbərliyinin münaqişənin substantiv danışıqlar yolu ilə həllində, regionda davamlı sülhün və sabitliyin təmin olunmasında, yoxsa son iki onillik ərzində Ermənistan rəhbərliyində olan səhra komandirlərinin müharibə siyasətini davam etdirməkdə maraqlı olduğu bəlli olacaq”.

Amma politoloq Hikmət Hacıyev hesab edir ki, Paşinyanın bu bəyanatından narahat olmağa dəyməz, çünki Paşinyan bilir ki, əgər Ermənitan Dağlıq Qarabağı öz parçası hesab edərsə, dünyanı öz üstünə qaldıra bilər.

Cənubi Qafqazda Rusiyanın ən yaxşı münasibətlərdə olduğu ölkə hansıdır sualına Bakı sakinlərinin də cavabları var.

Cənubi Qafqazda Rusiyanın ən yaxın müttəfiqi kimdir?
Gözlə

No media source currently available

0:00 0:01:23 0:00

​Başqa bir siyasi şərhçi Şahin Cəfərli öz Facebook səhifəsində bu məqama aydınlıq gətirərək yazır ki, Paşinyan Putini zəif yerindən yaxalayıb. O bilir ki, Rusiya özünün Qafqaz siyasətində Ermənistana möhtac durumdadır, Moskva burada Gürcüstanı həmişəlik itirib. Gürcüstanın ardınca Ermənistanı da itirmək Rusiyanın bölgədəki dayaqlarına sonradan bərpası mümkün olmayacaq sarsıdıcı zərbə vurardı:

"Azərbaycanla münasibətləri inkişaf etdirmək və ən yüksək səviyyəyə qaldırmaq bu itkiləri kompensasiya edə bilməz, üstəlik nəzərə alınmalıdır ki, Rusiya üçün Ermənistanı əvəzləmək, rus ordusunu buraya gətirmək, sərhədləri ona tapşırmaq-filan Bakının da marağında deyil. Paşinyan bütün bunları yaxşı anlayır”.

Bununla belə, Şahin Cəfərli yazır ki, indiki halda Rusiyadan, Ermənistana qarşı istənilən addımı gözləmək olar.

Paşinyan hakimiyyətə gələndən sonra, daha çox korrupsiya ilə mübarizəsi, məmurların həbsi ilə yadda qalıb, şərhçilər hesab edirlər ki, Rusiyanın qəzəbinə səbəb ola biləcək amillərdən biri, keçmiş prezident Robert Koçaryanın həbsi də ola bilər. Koçaryan, bu ilin iyulunda, 2008-ci ildə Konstitutisiya quruluşunu devirmək ittihamı ilə həbs olunmuşdu, amma az sonra azadlığa buraxıldı.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG