Keçid linkləri

2024, 16 İyun, bazar, Bakı vaxtı 07:31

Paşinyanın açıqlamasına Azərbaycandan təpki


Azərbaycan Xarici İşlər Nazirliyi
Azərbaycan Xarici İşlər Nazirliyi

“Ermənistanın baş nazirinin Moskvada Dağlıq Qarabağı Ermənistanın bir hissəsi hesab edir deyə açıqlaması beynəlxalq hüququn prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə hörmətsizlik və ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlara zərbədir”.

Bunu, Ermənistanın baş naziri Nikol Paşinyanın Moskvada Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı açıqlamasını şərh edərkən xarici işlər nazirinin (XİN) Mətbuat Xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

Onun fikrincə, bununla, baş nazir səviyyəsində Ermənistanın əsl niyyətinin münaqişənin danışıqlar yolu ilə həll edilməsi deyil, Azərbaycan ərazilərinin qanunsuz işğalını davam etdirmək olduğu nümayiş etdirilir.

“Ermənistan rəhbərliyi qəsdən, ya bilməyərəkdən vəziyyətin gərginləşməsinə xidmət edən bu kimi açıqlamanı ATƏT-in Misnk Qrupunun həmsədr ölkələrindən birinin paytaxtında və həmsədrlərin vasitəçiliyi ilə nazirlər səviyyəsində Nyu-Yorkda keçirilməsi planlaşdırılan görüş ərəfəsində edir. Həmçinin, bu açıqlama ATƏT-in Baş katibinin gələn həftə Azərbaycana planlaşdırılan səfəri ərəfəsinə təsadüf edir. Yaxın zamanda Ermənistan rəhbərliyinin münaqişənin substantiv danışıqlar yolu ilə həllində, regionda davamlı sülhün və sabitliyin təmin olunmasında, yoxsa son iki onillik ərzində Ermənistan rəhbərliyində olan səhra komandirlərinin müharibə siyasətini davam etdirməkdə maraqlı olduğu bəlli olacaq”, deyə o vurğulayıb.

Xatırlatma

Ermənistanın baş naziri Nikol Paşinyan bu günlər Rusiyaya səfər edib. O, dünən, sentyabrın 8-də Rusiya prezidenti Vladimir Puinle də görüşüb.

Bu səfər daha çox Ermənistan Rusiya münasibətlərinə həsr edilsə də N. Paşinyan ayrı-ayrı açıqlamalartına Dağlıq Qarabaş münaqişəsinə də toxunub.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

BMT Təhlükəsizlik Şurası Azərbaycanın işğal edilən əraziləri ilə bağlı ümumilikdə 4 qətnamə qəbul edib. 1993-cü ildə qəbul edilən həmin sənədlərdə işğal edilən ərazilərin boşaldılması istənilir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG