Keçid linkləri

Təcili xəbərlər
2020, 26 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 20:41

QTA-dan xəbərdarlıq


Dezinfeksiya

Qida Təhlükəsizliyi Agentliyi (QTA) bu gün, sentyabrın 3-də Azərbaycan əhalisinə müraciət edib. Müraciətdə Azərbaycanın şimal qonşusu Rusiyada heyvanlar arasında yoluxucu xəstəlik aşkarlanması ilə bağlı əhaliyə diqqətli olmaları tövsiyə edilir.

«Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı Rusiya Federasiyasının Samara, Kurqan, Çelyabinsk vilayətlərində iribuynuzlu heyvanlar arasında nodulyar dermatit və Moskva vilayətinin Şaxovskaya rayonunda xırdabuynuzlu heyvanlar arasında çiçək xəstəliklərinin yayıldığını müəyyən edib», məlumatda vurğulanır.

Agentlik bildirir ki, bu ölkədən iribuynuzlu, xırdabuynuzlu heyvanların idxalı ilə bağlı müraciət edən hüquqi və fiziki şəxslər Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının müvafiq tələblərini nəzərə almalıdır.

Eyni zamanda, Agentlik nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Rusiyanın qeyd olunan vilayətlərindən gələn və ya həmin ərazidən tranzit keçən nəqliyyat vasitələrinin gömrük keçid məntəqələrində dezinfeksiya edilməsi ilə bağlı Azərbaycan Dövlət Gömrük Komitəsinə müraciət edib.

Xatırlatma

İribuynuzlu heyvanların nodulyar dermatiti virus mənşəli olmaqla, qısamüddətli isitmə, dəri örtüyünün, limfa sisteminin, selikli qişanın zədələnməsi, dərialtı toxumalarda düyünlərin və nekrozların əmələ gəlməsi ilə səciyyələnir.

Xəstəlik ilk dəfə 1929-cu ildə Şimali Rodezidə (Afrika) aşkar olunub. Belə xəstə heyvanların süd və ətindən istifadə qadağan edilib. Bu xəstəlikdə sağalma 90 faiz dəyərləndirilir.

Multimedia

XS
SM
MD
LG