Keçid linkləri

Təcili xəbərlər
2020, 22 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 14:10

Türkiyədən buraxılmış alman jurnalist savaşacağını deyir


Mesale Tolu dekabrın 18-də həbsdən buraxılandan sonra

İstanbulda terrorçuluq ittihamları ilə saxlanmış alman jurnalist Mesale Tolu ölkəsinə qayıdandan sonda deyib ki, Türkiyədə “hələ də azad olmayanlar” üçün savaşı davam etdirəcək.

“Bu gün mən burdayam, yüzlərlə həmkarım, müxalifət fəalı, hüquqşünas, tələbə isə azad deyil, həbsdə 70 min tələbə var”, – o, avqustun 26-da Ştutqart şəhərində jurnalistlərə deyib.

Almaniyada türk ailəsində doğulmuş Tolu 2017-ci ildə Türkiyədə saxlanıb, terror təbliğatı aparmaqda, Ankaranın terror təşkilatı saydığı ifrat solçu MLKP partiyasına üzvlükdə ittiham olunub.

Özü ittihamları rədd edib, Türkiyə ədliyyə sisteminin “qısnama”sına məruz qaldığını bildirib.

Dekabrın 18-də həbsdən buraxılmış jurnalistin ölkədən çıxışına qadağa qoyulmuşdu, avqustun 20-də İstanbul məhkəməsi qadağanı qaldırıb.

33 yaşlı Tolunun məhkəməsi oktyabrın 16-da İstanbulda keçiriləcək.

O, jurnalist və ETHA solçu xəbər agentliyinin tərcüməçisidir.

Jurnalistə dəstək qrupu – Freiheit fuer Mesale Tolu bildirib ki, onun eyni ittihamlarda suçlanan həyat yoldaşı Suat Corlu Türkiyədə qalmalıdır.

2016-cı ildə Türkiyədə uğursuz çevriliş cəhdindən sonra on minlərlə dövlət qulluqçusu, jurnalist həbs olunub.

XS
SM
MD
LG