Keçid linkləri

Təcili xəbərlər
2020, 24 Oktyabr, şənbə, Bakı vaxtı 19:00

Putini Avstriyaya toya çağırıblar


Karin Kneissl

Rusiya prezidenti Vladimir Putin bu həftə Avstriyanın aparıcı diplomatının toyuna qatılacaq. Məlumatı Kreml təsdiqləyib.

Putin avqustun 18-də Berlində Almaniya kansleri Angela Merkel-lə görüşməlidir. Kremlin sözçüsü Dmitry Peskov-un avqustun 15-də bildirməsinə görə, o, Avstriyaya gedərək xarici işlər naziri Karin Kneissl-in toyunda iştirak edəcək.

Rusiya liderinin xarici rəsminin dəvətilə şəxsi tədbirə qatılması nadir hadisədir.

Avstriyanın Xarici İşlər Nazirliyi Putin-in səfəri barədə şərh verməyib.

53 yaşlı Kneissl-in biznesmen Wolfgang Meilinger ilə Avstriyanın Ştiriya ştatında evlənəcəyi bildirilir.

Rusiya mediası Putin xarici siyasət üzrə köməkçisi Yury Ushakov-a istinadla yazıb ki, Rusiya prezidenti iyunda Vyanada olanda Kneissl onu toyuna dəvət edib.

Müstəqil baxışlı Kneissl xarici işlər naziri postuna Avstriya hökumətinin koalisiya tərəfdaşı olan sağ qanad Azadlıq Partiyası (FPOe) tərəfindən seçilib. Bu partiyanın Rusiyanın hakim Vahid Rusiya partiyası ilə əlaqələri var, Avropa İttifaqının Moskvaya sanksiyalarının qaldırılmasına tərəfdardır.

Rusiyaya sanksiyalar 2014-cü ildə Ukraynanın Krım vilayətinin ilhaqı və Moskvanın Ukraynanın şərqindəki separatçılara dəstəyinə görə qoyulub.

XS
SM
MD
LG