Keçid linkləri

Təcili xəbərlər
2020, 24 Oktyabr, şənbə, Bakı vaxtı 16:15

Hərbi hissələrdə “Açıq qapı” günü keçirilir


Foto arxiv

Avqustun 12-də Azərbaycandakı bütün hərbi hissələrdə əsgər valideynləri və yaxınlarından ötrü “Açıq qapı” günü keçirilir.

Bu barədə Müdafiə Nazirliyi məlumat verib.

Məlumatda bildirilir ki, eyni zamanda hərbi hissələrin təlim hissə və bölmələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilir. Ziyarətçilər hərbi hissələrdə yaradılan yaşayış, məişət şəraiti ilə tanış ola, xidməti, inzibati binalara, əsgər yataqxanaları və yeməkxanalara baş çəkə bilərlər

“Açıq qapı” günündə hərbi hissələrin komandanlığının valideynlərlə görüşləri təşkil olunur və mədəni-kütləvi tədbirlər olur.

Multimedia

XS
SM
MD
LG