Keçid linkləri

Təcili xəbərlər
2021, 06 Mart, şənbə, Bakı vaxtı 10:05

Temperatur 3-5 dərəcə düşəcək


Yağış

Avqustun 8-də Bakı və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi, şimal küləyinin əsəcəyi, gündüz arabir güclənəcəyi gözlənir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 22-25, gündüz 30-35, Bakıda gecə 22-24, gündüz 33-35 dərəcə isti təxmin edilir.

Azərbaycanın rayonlarında da havanın, əsasən, yağmursuz keçəcəyi, lakin səhər və axşam bəzi dağlıq rayonlarda şimşək çaxacağı, yağış yağacağı ehtimal edilir. Gecə 20-25, gündüz 34-39, dağlarda gecə 12-17, gündüz 23-28 dərəcə isti təxmin edilir.

Nazirlik xəbərdarlıq verir ki, Bakı və Abşeron yarımadasında avqustun 9-u gündüzdən 11-i axşamadək şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənir. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-5 dərəcə aşağı enə bilər.

Avqustun 8-i axşam şimal və qərb rayonlarından başlayaraq avqustun 12-dək Azərbaycanın rayonlarında da havanın qeyri-sabit keçəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağının gözləndiyi vurğulanır. Ayrı-ayrı yerlərdə yağışın leysana keçəcəyi, temperaturun ötən günlərlə müqayisədə tədricən 3-5 dərəcə aşağı enəcəyi ehtimal edilir.

Üstəlik, çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli daşqın, sel keçəcəyi proqnozlaşdırılır.

XS
SM
MD
LG