Keçid linkləri

Təcili xəbərlər
2020, 02 Dekabr, çərşənbə, Bakı vaxtı 10:07

İndoneziyada zəlzələdə onlarla adam həlak olub


Lombok adası

Avqustun 5-də İndoneziyanın Lombok adasında 7 bal gücündə zəlzələdə azı 91 nəfər ölüb, yüzlərlə adam xəsarət alıb.

Bir yerli rəsmi azı 142 nəfərin həlak olduğunu bildirib.

Rəsmi məlumata görə, zəlzələ adanın şimalında “kütləvi” dağıntı törədib və ölü sayı arta bilər.

Kurort adasının əsas şəhəri olan Mataramda bir çox binaların zəlzələnin təsirinə məruz qaldığı, şəhərin bir sıra yerlərində elektrikin kəsildiyi bildirilir.

Zəlzələ qonşu Bali adasında da hiss olunub, yayılmış videolarda adamların qışqıraraq evlərini tərk etdiyi görünür.

Bir həftə öncə Lombokdakı zəlzələdə azı 16 nəfər ölmüşdü.

Dünyanın ən böyük arxipelaqı olan İndoneziya zəlzələ zonasında yerləşir.

2004-cü ilin dekabrında Sumatra sahillərində sualtı zəlzələ sunami yaratmış, Hind Okeanında onlarla ölkədə 220 mindən çox adam həlak olmuşdu.

XS
SM
MD
LG