Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Oktyabr, bazar, Bakı vaxtı 11:36

Rusiyayla Çin Birləşmiş Ştatların təklifini önləyir


BMT-nin Təhlükəsizlik Şurasının iclası, arxiv fotosu

Birləşmiş Ştatların Şimali Koreyaya bütün növ emal olunmuş neft məhsulları göndərişinin dayandırılmasına dair istəyi baş tutmayıb. Vaşinqtonun BMT-də irəli sürdüyü təklifi Rusiyayla Çin önləyiblər. Qeyd edək ki, Pxenyanın qaçaq yolla ölkəyə yanacaq aparmasıyla bağlı iddialar var.

Vaşinqton ötən həftə BMT-nin Təhlükəsizlik Şurasının sanksiyalar komitəsindən xahiş etmişdi ki, Şimali Koreya daşımaları qadağan etsin. ABŞ xahişini yanacaq qaçaqçılığı sayəsində Pxenyanın BMT-nin illik yanacaq idxalına qoyduğu məhdudiyyəti aşmasıyla əsaslandırıb. Ancaq Rusiya və Çin iyulun 19-da bu addıma qarşı çıxıblar.

Ötən il BMT-nin qəbul etdiyi sanksiya qətnaməsində deyilirdi ki, Şimali Koreyaya neft təchizatı ildə dörd milyon barreli aşa bilməz. Emal olunmuş neft məhsulları üçün isə 500 min barrellik limit qoyulmuşdu.

ABŞ-ın sanksiya komitəsinə göndərdiyi hesabatda Şimali Koreyanın dənizdə gəmilər arası daşınmalarla azı 759 min barel neft məhsulu əldə etdiyi iddia olunurdu.

Çin və Rusiya ABŞ-ın xahişinin icrasını ertələyiblər və bu proses azı, altı ay çəkə bilər. Onlar Birləşmiş Ştatlardan daha çox informasiya tələb ediblər.

XS
SM
MD
LG