Keçid linkləri

Təcili xəbərlər
2020, 21 Oktyabr, çərşənbə, Bakı vaxtı 20:52

Əfqanıstan prezidenti Talibanı yenə sülh danışıqlarına çağırır


Ashraf Ghani, arxiv fotosu

Əfqanıstan prezidenti Ashraf Ghani Talibanın sülh danışıqlarını rədd etməsini gözardı edib, silahlı qruplaşmanın hələ də sülh masasına qayıtmaq şansı qaldığını bildirib.

İyulun 16-da AzadlıqRadiosu-na müsahibəsində Ghani deyib ki, Talibanın sülh danışıqlarına qarşı çıxması “tam imtina” demək deyil.

“Bu ona bənzəyir ki, kiminləsə evlənmək istəyirsən, ancaq ailəsi bir neçə dəfə yox deyir. Reallıqda isə müsbət cavab almağımız mümkün görünür”, – Ghani deyib.

Bu ayın əvvəlində Taliban Kabil hökuməti ilə danışıqlara getməyəcəyini bildirib. İlk dəfə olaraq Ramazan bayramında tərəflər arasında atəşkəs elan olunmuşdu.

Ghani atəşkəsin sona çatdığını elan edib, amma Talibanı sülh danışıqlarını bərpa etməyə çağırıb.

Atəşkəs məsələsi İslam Dövləti (İŞİD) ekstremist qruplaşmasını əhatələmir.

XS
SM
MD
LG