Keçid linkləri

Təcili xəbərlər
2021, 20 İyun, bazar, Bakı vaxtı 22:28

Əfqanıstabda dinc sakinlər arasında itki rekord həddə çatıb


Foto arxiv

BMT 2018-ci ilin ilk yarısında Əfqanıstanda mülki sakinlər arasında itkilərin record həddə çatdığını bildirir.

Təşkilatın Əfqanıstan üzrə missiyasının iyulun 15-də yaydığı hesabatda bu ölkədə ölüm hallarının 1 % artdığı (1692 nəfər) qeyd edilir.

Ölüm hallarının artmasına səbəb, təhlükəsizlik qüvvələri ilə yaraqlılar arasında gedən döyüşlər, yol boyu baş verən partlayışlar, habelə “Taliban” və “İslam dövləti” qrupuna məxsus intiharçıların törətdiyi partlayışlar olub.

Hesabatda qeyd edilir ki, bu cür hücumlardan ən çox Kabil, Ninqarxar,Helmand və Qəndəhar əyalətinin sakinləri ziyan çəkib.

Bu əyalətlərdə şiə məbədləri,hökumət binaları, yardım təşkilatlarının ofisləri və seçki məntəqələrinə edilən hücumlarda yüzlərlə dinc sakin ölüb.

XS
SM
MD
LG