Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:46

Yeniyetmə vaxtı alkoqol içənə 80 şallaq vurulub


"İşgəncəyə qadağa" karikaturası
"İşgəncəyə qadağa" karikaturası

Amnesty International hüquq müdafiə təşkilatı İranda bir gəncin ictimai şəkildə şallaqlanmasını pisləyib. O, 14-15 yaşı olarkən toyda alkoqol qəbul etməkdə suçlanır.

İyulun 11-də axşam verdiyi bəyanatda Amnesty şallaqlanmanı “dəhşətli” və “tamamilə sarsıdıcı” adlandırıb, bu halın beynəlxalq hüququ, mülki və uşaq hüquqlarına dair beynəlxalq konvensiyalarını pozduğunu bildirib.

Şallaqlanma iyulun 10-da Xorasan vilayətində həyata keçirilib. M. R. adlanan şəxsə 80 şallaq vurulub. O, 10 il öncə, yeniyetmə ikən, bir toyda spirtli içki içməkdə təqsirli bilinib.

DEFORMASİYAYA UĞRAYAN SİYASƏT

İran mediası ağaca bağlanmış gəncin fotolarını yayıblar. Onu maskalı bir şəxs şallaqlayır, kütlə isə kənardan tamaşa edir.

***Buna da bax: Instagram videolarına görə saxlanan üçün rəqs edirlər

Bu halın baş vermə şəraiti sarsıdıcıdır, İran hakimiyyətinin deformasiyaya uğrayan siyasətinin dəhşətli nümunəsidir”, – Amnesty-nin Yaxın Şərq və Şimali Afrika üzrə direktoru Philip Luther deyib.

“Yaşından asılı olmayaraq heç kəs şallaqlanmamalıdır; bir uşağın alkoqoldan istifadəyə görə mühakimə olunması və 80 şallağa məhkum edilməsi ağla sığmır”, – o bildirib.

“İran hakimiyyətinin uşaqlar da daxil olmaqla, fiziki cəzadan geniş istifadəsi bəşəriyyətə sayğısızlığı sərgiləyir. Onlar amputasiya, kor etmək, şallaqlamaq kimi cəza formalarını dərhal ləğv etməlidirlər”, – qurum rəsmisi vurğulayıb.

***Buna da bax: Mərhum BMT məruzəçisinin son hesabatı İranı kəskin tənqid edir

Luther-in deməsinə görə, Beynəlxalq Mülki və Siyasi Hüquqlar Konvensiyasının üzvü olan İran işgəncəni, eləcə də digər qəddar, qeyri-insani və alçaldıcı davranış və cəza formalarını ləğv etməlidir.

“İran hakimiyyətinin bu cür cəzalara icazə verməməsi, onları dini əxlaqın qorunmasıyla əsaslandırması, sadəcə, qəbuledilməzdir”, – o söyləyib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG