Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:12

Instagram videolarına görə saxlanan üçün rəqs edirlər


Maedeh Hojabri-nin Instagram hesabı
Maedeh Hojabri-nin Instagram hesabı

İranda sosial media istifadəçiləri Instagram-dakı rəqs videolarına görə saxlanmış yeniyetməyə dəstək bildirirlər, həmrəylik olaraq rəqs videolarını bu sosial şəbəkəyə yerləşdirirlər.

Instagram-da 40 mindən çox izləyicisi olan Maedeh Hojabri bu yaxınlarda dövlət televiziyasında göstərilib, əxlaq normalarını pozduğunu etiraf edib.

Oxşar ittihamlarla bir neçə nəfərin də saxlandığı bildirilir.

ƏDLİYYƏ SİSTEMİNƏ İTTİHAMLAR

Bu hadisə sosial şəbəkə istifadəçilərini qəzəbləndirib. İranlılar sərt xətt tərəfdarı olan ədliyyə sistemini gəncləri qısnamaqda, mənimsəmə və korrupsiya hallarına göz yummaqda ittiham ediblər.

İranda sosial media, karikatura
İranda sosial media, karikatura

Onlarla izləyici özlərinin rəqs videolarını yaymaqla Hojabri-nin saxlanmasına etirazlarını bildiriblər.

Hojabri Instagram-a yerləşdirdiyi foto və videolarda pop və rep musiqisinə uyğun rəqs edir. O, həmin postlarda İranda qadınlar üçün məcburi geyim kodeksinə əməl etməyib, başını, bədənini örtməyib.

Bəzi məlumatlarda Hojabri-nin zaminə buraxıldığı bildirilir.

İran polisi Instagram-dakı oxşar hesabları bağlamağı planlaşdırdığını bəyan edib. Milyonlarla iranlı bu sosial şəbəkədən istifadə edir.

2014-cü ildə İranda altı nəfər YouTube videosuna görə saxlanıb, onlar videoda Pharrell Williams-ın “Happy” mahnısının sədaları altında rəqs edirdilər.

Həmin üç kişi və üç qadın sonradan şərti həbsə və şallaq cəzasına məhkum edildilər.

Beynəlxalq ictimaiyyət bu həbsləri pisləyib, onların buraxılmasına çağırıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG