Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Aprel, bazar, Bakı vaxtı 04:57

Mərhum BMT məruzəçisinin son hesabatı İranı kəskin tənqid edir


İranda insan haqları üzrə xüsusi məruzəçi Asma Jahangir ötən ay vəfat edib

BMT-nin yeni hesabatında İran hökuməti ifadə azadlığı və informasiyaya çıxışın məhdudlaşdırılmasına, məhbuslarla, işgəncə və zorlamalar da daxil sistematik pis rəftara görə kəskin tənqid olunur.

Ötən ay vəfat etmiş pakistanlı insan haqları fəalı və BMT-nin İranda insan haqları üzrə keçmiş məruzəçisi Asma Jahangirin hazırladığı hesabat martın 5-də açıqlanıb.

Jahangir yazır ki, o, İranda ötən avqustda tərtib olunmuş hesabatdan sonra insan haqları ilə bağlı vəziyyətin necə dəhşətli şəkildə pisləşməsini müşahidə edib.

Hesabatda deyilir: “Hökumətin verdiyi təminatlara baxmayaraq, yaxşılaşma ya baş vermir, ya da çox ləng baş verir”.

İran rəsmiləri bu hesabatla bağlı dərhal reaksiya göstərməyiblər.

Sənəd gələn həftə BMT İnsan Haqları Şurasında müzakirə ediləcək.

Jahangir hesabatda bildirib ki, ən çox narahatlıq doğuran qanunsuz həbslər və həbsxanalarda verilən işgəncələrdir.

AzadlıqRadiosu yazır ki, İran üzrə məruzəçi olan xanım Jahangir heç vaxt bu ölkənin ərazisinə buraxılmayıb.

Lakin o hesabatda qeyd edib ki, son aylarda İran həbsxanalarında işgəncələrə məruz qoyulmuş 6 nəfərlə şəxsən görüşə bilib.

Jahangirin hesabatında deyilir ki, Freedom from Torture təşkilatı İranda məhbusların zorlama və seksual təcavüz, elektrik şoku və amputasiyalar kimi işgəncələrə məruz qoyulduğunu bildirib.

BMT-nin İran üzrə məruzəçisi xüsusilə də vicdan məhbuslarına tibbi yardımın göstərilməsindən imtina hallarından narahatlıq ifadə edib.

O hesabatda edamların, şallaq və amputasiya cəzalarının dayandırılmasına çağırıb.

Hesabatda qeyd olunur ki, İranda 2017-ci il ərzində 482 edam icra olunub. Bu rəqəm 2016 (530) və 2015-ci (969) illə müqayisədə bir qədər azalıb.

Jahangir bunu da yazıb ki, İranda ötən il ərzində 50 şallaqlama və 5 amputasiya cəzası icra olunub.

Bu arada həm də ifadə, sərbəst toplaşma azadlıqlarının və informasiyaya giriş kimi insan haqlarının məhdudlaşdırılması davam edib.

Hesabatda deyilir ki, İran xüsusilə də ikili vətəndaşlığı olanlarla sərt rəftar edib. Bu ölkədə 2015-ci ildən bəri ikili vətəndaşlığı olan 30 nəfərə həbs olunub.

Jahangir yazır kİ, hökumət son üç il ərzində 7 milyon internet ünvanını bağlayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG