Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Oktyabr, Cümə, Bakı vaxtı 18:15

Brüsseldə Qarabağ müzakirəsi


Brüssel görüşü. 11 iyul 2018

İyulun 11-də Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan arasında Brüsseldə görüş olub və 4 saata yaxın davam edib.

AZƏRTAC-ın məlumatına görə, bunu Azərbaycan XİN mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

H.Hacıyev deyib ki, görüşdə Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi müzakirə olunub və mövcud danışıqlar formatında davam etdirilməsi vurğulanıb: «Danışıqlar prosesinin irəli aparılması naminə qarşıdakı addımlar, həmsədrlərin fəaliyyət planlarına dair fikir mübadiləsi olub».

İki nazir arasında görüş ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endrü Şoferin (ABŞ) vasitəçiliyi ilə ilk dəfə keçirilib.

Qarabağ münaqişəsi 1988-ci ildən başlayıb. 1994-cü ildə atəşkəs razılaşması imzalanana kimi Dağlıq Qarabağ bölgəsi, bura bitişik 7 rayon, daha bir neçə kənd işğal edilib. Qarabağ münaqişəsinin həlli ATƏT-in Minsk qrupuna həvalə edilib. ABŞ, Fransa və Rusiya həmsədr dövlətlərdir.

Multimedia

XS
SM
MD
LG