Keçid linkləri

Təcili xəbərlər
2018, 23 İyul, Bazar ertəsi, Bakı vaxtı 19:48

Əfqan miqrant özünü öldürəndən sonra nazirin istefasını istəyirlər


Angela Merkel (sağda) və Horst Seehofer, 3 iyul, 2018-ci il

Antimiqrant ritorikasıyla tanınan alman nazir istefa verməsi üçün təzyiq altındadır. Səbəb Almaniyada sığınacaq ala bilməyən əfqanın deportasiya ediləndən sonra özünü öldürməsidir.

23 yaşlı miqrant iyulun 10-da Kabildə intihar edib. Bundan bir gün sonra Almaniyanın müxalifət partiyaları daxili işlər naziri Horst Seehofer-in istefasını tələb etməyə başlayıblar.

İyulun 4-də Almaniya 69 əfqanı öz ölkələrinə qaytarıb. Əfqanıstan miqrasiya rəsmilərinin məlumatına görə, intihar etmiş əfqan Almaniyada səkkiz il qalıb.

İmmiqrasiyaya qarşı çıxan Seehofer sığınacaq istəyənlərin deportasiyasını alqışlayıb, deyib ki, 69 əfqan onun 69 yaşında Almaniyadan çıxıblar.

Ancaq Seehofer iyulun 11-də bu ölümdən “dərindən təəssüfləndiyini” dilə gətirib.

Onun istefasıyla bağlı çağırışlara gəlincə, bu barədə heç nə deyə bilməyəcəyini vurğulayıb.

Azad Demokratlar partiyasından Gyde Jensen-in deməsinə görə, Seehofer-in sözləri onun “yanlış vəzifədə” olduğunu göstərir.

Seehofer kansler Angela Merkel-in hakim koalisiyası ilə mübarizə apararaq immiqrasiyaya nəzarətin sərtləşdirilməsinə çalışır.

Günün bütün mövzuları

XS
SM
MD
LG