Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Oktyabr, bazar, Bakı vaxtı 20:17

40 yaşlı qapıçı Buffon Fransanın PSJ klubuna keçdi


Gianluigi Buffon

İtaliyalı qapıçı Gianluigi Buffon Fransanın “Pari Sen-Jermen”(PSJ) futbol klubuna keçib.

BBC və digər qərb agentliklərinin məlumatına görə artıq məşhur qapıçı klubla müqavilə imzalayıb.

Xəbəri PSJ-də təsdiqləyib.

Qeyd edək ki, Buffon bunadək İtaliyanın “Yuventus” klubunun şərəfini qoruyurdu.

Müqvilə, uzadılmq imkanı ilə 1 illikdir. Amma məbləğ hələ ki, açıqlanmayıb.

Məlumatlara görə Paris klubu bu ilin mayından Buffonla danışıqlar aparılırmış.

Buffon bundan öncə peşəkar karyerasını bitirmək istəyirdi, amma sonda futbolda qalmaq qərarına gəldi.

40 yaşlı qapıçı ilə Argentinanın “Boka Xuniors” klubu da maraqlanırdı.

Buffon 11 dəfə İtaliya çempionu, Milli komandada isə 2006-cı ildə dünya çempionu olub.

XS
SM
MD
LG