Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Sentyabr, Cümə, Bakı vaxtı 23:30

ABŞ-dan rusiyalılara, suriyalılara ittihamlar


Suriya, arxiv fotosu

Birləşmiş Ştatlar Rusiyanın Sovfracht gəmiçilik şirkətinin beş əməkdaşına və üç suriyalıya ittiham irəli sürüb. Onlar ABŞ sanksiyalarını pozaraq Suriyanı təyyarə yanacağı ilə təchiz etməkdə suçlanırlar.

ABŞ Ədliyyə Departamentinin iyunun 12-də açıqladığı ittihamnamədə həmin səkkiz nəfərə milyonlarla dolları “yumaq” ittihamı da var. Onların ABŞ Xəzinədarlığının lisenziyası olmadan sanksiya altında olan qurumlara dollar göndərdiyi bildirilir.

Beş rusiyalı Sovfracht-ın işçiləri olan Ivan Okorokov, Ilya Loginov, Karen Stepanyan, Aleksei Konkov və Liudmila Shmelkova-dır.

Suriyalılar isə Yaser Naser, Farid Bitar və Gabriel Bitar-dır. Naser Suriyada Sovfracht üçün çalışıb, digərləri isə Suriyanın Banias limanında neft müfəttişləri olublar.

İttihamnamədə deyilir ki, təqsirləndirilənlər Rusiyanın Transpetrochart Co. Ltd. Şirkətinə məxsus gəmilərlə Suriyaya təyyarə yanacağı və digər məhsullar göndəriblər.

Təqsirləri sübuta yetirilərsə, onları həbs, cərimələr gözləyir.

Təqsirləndirilənlərin harada olması barədə Ədliyyə Departamentindən açıqlama almaq mümkün olmayıb.

Departament bildirir ki, Suriyaya sanksiyaların məqsədi bu ölkənin kütləvi qırğın silahları əldə etməsini önləməkdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG