Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 11:08

İtaliya limanlarını miqrantların üzünə bağlamaqla hədələyir


Aralıq dənizində miqrantlar, arxiv fotosu

İtaliyanın yeni daxili işlər naziri Matteo Salvini iyunun 10-da deyib ki, Aralıq dənizində miqrantları daşıyan gəminin üzünə limanlarını bağlamaqla hədələyib. Malta limanlarını açmazsa, İtaliya da yüzlərlə miqrantın olduğu gəmini limanlarına buraxmaya bilər.

Avropanın SOS Mediterranee humanitar təşkilatının bildirməsinə görə, Aquarius gəmisinfə iyunun 9-da Aralıq dənizindən xilas edilmiş 629 miqrant var. Onların 400-nü İtaliya donanması və ticarət gəmiləri xilas edərək gəmiyə ötürüb.

İtaliyanın nəqliyyat naziri Danilo Toninelli ilə birlikdə verdiyi bəyanatda Salvini bildirib ki, Malta “insan həyatının qorunmasını nəzərdə tutan beynəlxalq konvensiyalara sayqı məsələsinə barmaqarası baxa bilməz”.

Malta Aquarius-u qəbul etməyib, bildirib ki, gəmi Liviya sahillərindəki miqrantları götürüb və xilasetmə işlərini də İtaliya koordinasiya edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG