Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Dekabr, şənbə, Bakı vaxtı 23:07

ABŞ İrana xəbərdarlıq edir


Mike Pompeo

Birləşmiş Ştatlar İrana xəbərdarlıq edir ki, onun nüvə silahları hazırlamasına imkan verməyəcək. İran bir neçə gün öncə uran zənginləşdirmə qabiliyyətini artırmaq planlarını açıqlamışdı.

ABŞ dövlət katibi Mike Pompeo iyunun 6-da Twitter-də yazıb ki, “İranın uran zənginləşdirmə qabiliyyətini artırması planları barədə xəbərləri izləyirik. İrana nüvə silahı hazırlamağa imkan verməyəcəyik”. Pompeo onu da əlavə edib ki, “İran bizim qətiyyətimizdən xəbərdardır”.

İranın bildirməsinə görə, Natanz nüvə mərkəzində qabaqcıl sentrifuqlar hazırlayacaq qurğu bir aya tamamlanacaq. Bunun ali dini lideri ayətulla Ali Khamenei-nin göstərişi ilə, 2015-ci il nüvə sazişi iflas edəcəyi halda gerçəkləşəcəyi bildirilib.

Ali dini liderin göstərişindən sonra bu mərkəzi 48 saat içində hazırladıq. Ümid edirik, qurğu bir aya tamamlanacaq”, – İranın Atom Enerjisi Təşkilatının rəhbəri Ali Akbar Salehi dövlət televiziyası ilə iyunun 6-da yayımlanan müsahibəsində deyib.

ABŞ prezidenti Donald Trump mayın 8-də Birləşmiş Ştatların nüvə sazişindən çıxdığını, İrana sanksiyaların bərpa olunacağını açıqlayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG