Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Dekabr, şənbə, Bakı vaxtı 03:59

Lukashenko-nun köməkçisi 200 min dollar üstündə tutulub


Aleksandr Lukashenko, arxiv fotosu

Belarusda ölkə prezidentinin köməkçisi, Grodnensky vilayətinin inspektoru Sergei Rovneiko saxlanıb. Bu haqda Belarusun təhlükəsizlik xidməti – KGB məlumat yayıb. Onun 200 min dollar rüşvət aldığı yerdə tutulduğu bildirilir.

Hazırda məmurun etirafedici ifadə verdiyi qeyd olunur.

Hüquq-mühafizə orqanları hələ bir il öncədən Rovneiko-nun “müxtəlif şəxslər”dən “”onun səlahiyyətində olan məsələlərin həlli üçün” rüşvət aldmasından xəbərdar imiş. O vaxtdan məmurun hərəkətləri izlənirmiş, buna sanksiyanı şəxsən prezident Aleksandr Lukashenko veribmiş.

Təqsiri sübuta yetirilsə, 15 ilədək həbsə məhkum oluna bilər.

O, prezidentin köməkçisi vəzifəsinə 2015-ci il iyunun 25-də təyin olunmuşdu.

Lukashenko bu ilin fevralında deyirdi ki, korrupsionerlər prezidentdən “əfv gözləməsinlər”.

Günün bütün mövzuları

XS
SM
MD
LG