Keçid linkləri

Təcili xəbərlər
2018, 24 İyun, bazar, Bakı vaxtı 16:48

Bill Browder artıq polis tərəfindən buraxıldığını deyir.

O, tvitində yazıb ki, İnterpolun Fransadakı baş katibi İspaniya polisinə Rusiyanın həbs xahişinə əməl etməmək göstərişi verib.

Browder-in deməsinə görə, İspaniyaya “antirusiya mafiya müstəntiqi Jose Grinda-ya Magntisku işi çərçivəsində İspaniyaya axan pullar barədə dəlil təqdim etməyə” gedirmiş.

İspaniya polisinin sözçüsü də Browder-in Madriddə qısa müddətə saxlandığını, daha sonra buraxıldığını təsdiqləyib.

***

Britaniyalı-amerikalı maliyyəçi Bill Browder Rusiyanın İnterpola müraciəti əsasında İspaniyada saxlanıb.

Hermitage Capital Management-in təsisçisi olan Browder tvitində yazıb ki, Madriddə saxlanıb və polisə aparılır.

Dekabrda Moskva məhkəməsi Browder-i qiyabi mühakimə edərək 3 milyard rublluq (48 milyon dollar) vergidən yayınmada təqsirli bilib və ona 9 il həbs cəzası kəsib.

Vəkilləri hökmdən şikayət veriblər.

Məhkəmə onu 200 min rubl (3500 dollar) cərimələyib, üç il ərzində Rusiyada bizneslə məşğul olmasını yasaqlayıb.

Browder-lə birlikdə qiyabi mühakimə olunan Ivan Cherkasov isə 8 il həbs cəzası alıb.

Hər ikisi Britaniyada yaşayır.

Browder rusiyalı vəkil Sergei Magnitsky həbsdə öləndən sonra Rusiya rəsmilərinə sanksiyaların qoyulması üçün kampaniya aparırdı. Browder dəfələrlə özünə qarşı ittihamları əsassız, siyasi motivli adlandırıb. O, digər ölkələrin də ABŞ kimi Magnitsky qanununa oxşar qanun qəbul etməsindən ötrü apardığı işinə görə ondan intiqam alındığını deyir. 2012-ci ildə qəbul olunmuş Magnitsky qanunu çərçivəsində vəkilin həbsdə ölümündə əli olduğu iddia edilən rusiyalılara viza qadağası qoyulub, aktivləri dondurulub.

Azı beş ölkə bu qanuna uyğun olaraq sanksiyaları işə salıb.

Browder dekabrda İnterpolu “İnterpol sistemindən sui-istifadəyə görə Rusiyanın üzvlüyünü ləğv etməyə” çağırmışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG