Keçid linkləri

Təcili xəbərlər
2018, 25 İyun, Bazar ertəsi, Bakı vaxtı 19:17

Dünya Kubokunun Rusiyada keçirilməsi “səfeh ideyadır”


Linas Linkevicius, arxiv fotosu

Litvanın xarici işlər naziri Linas Linkevicius deyir ki, futbol üzrə Dünya Kubokunun Rusiyada keçirilməsi “səfeh ideyadır”. Ancaq onun sözlərinə görə, Avropa Birliyinin gələnaykı futbol çempionatını diplomatik boykotu da real görünmür.

“Rusiyada Dünya Kuboku keçirmək səfeh ideyadır... Ona görə yaxşı deyil ki, o ölkədə hər şey siyasətdir. İdman, mədəniyyət... həmişə təbliğat üçün yaxşıdır”, – Linkevicius mayın 28-də AzadlıqRadiosu-na eksklüziv müsahibəsində deyib. Nazir Brüsseldə Avropa Birliyinin xarici işlər şurasında iştirak edir.

İyunun 14-də başlanacaq turnirə AB-nin 10 ölkəsi qatılacaq. AzadlıqRadiosu-nun əldə etdiyi məlumata görə, çempionatın diplomatik səviyyədə boykot edilməsi haqda üzv ölkələr arasında danışıqlar olub. Boykot təklifinə martda İngiltərədə rusiyalı keçmiş casus Sergei Skripal və qızının sinir qazıyla zəhərlənməsi səbəb olub.

Həmin hücumdan sonra Britaniya və İrlandiya hökumət nazirlərinin Dünya Kubokuna getməyəcəyini bildirib. Ancaq Linkevicius deyir ki, blok vahid mövqe ortaya qoya bilməyəcək.

Rusiya isə keçmiş casusa hücumla bağlı iddiaları rədd edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG