Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Dekabr, çərşənbə, Bakı vaxtı 01:05

Rusiyada ukraynalı jurnalistə 14 il həbs istənilib


Roman Sushchenko

Rusiyada prokurorlar ukraynalı jurnalist Roman Sushchenko-ya 14 il həbs istənilib. O, casusluqda suçlanır, insan haqları fəalları isə bu işi siyasi motivli sayır.

Roman Sushchenko-nun vəkili Mark Feigin Twitter-də yazıb ki, Moskva Şəhər məhkəməsi qərarını iyunun 4-də çıxaracaq.

Ukrinform xəbər agentliyinin Parisdəki müxbiri Sushchenko 2016-cı ildə Moskvada saxlanıb. O, məxfi informasiya toplamaqda şübhəli bilinib. Ancaq məhkəməsində özünü təqsirli bilməyib.

Kiyev və insan haqları fəalları Rusiyanın bir neçə ukraynalının qondarma siyasi ittihamlarla saxlandığını bildirir. Moskva 2014-cü ilin martında Ukraynanın Krım yarımadasını ilhaq edib. Rusiya Ukraynanın şərqində separatçıları dəstəkləyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG