Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Avqust, şənbə, Bakı vaxtı 19:48

Kemerovada yanğını söndürəni psixiatrik ekspertizaya göndəriblər


Zimnyaya Vishnya sökülür, 17 may, 2018-ci il

Rusiyanın Kemerovo şəhərində “Zimnyaya Vishnya” ticarət mərkəzində yanğını söndürmüş dəstənin həbsdə olan rəisini Moskvada psixoloji-psixiatrik ekspertizadan keçməyə göndəriblər. Bu haqda “Kommersant” qəzetinə Sergei Genin-in vəkili Yelena Kiseleva danışıb.

Onun sözlərinə görə, ekspertizadan keçməyi psixoloq məsləhət görüb, belə ki, Genin-də “müəyyən psixoloji dəyişikliklər” müşahidə olunub. Vəkili onun məhkəmə sistemində gördüyü ədalətsizlikdən sarsıldığını, ancaq psixoloji xəstəliklərdən əziyyət çəkmədiyini deyib.

Sergei Genin aprelin 13-də səhlənkarlığa görə saxlanıb. İstintaqın versiyasına görə, o, ticarət mərkəzinin dördüncü mərtəbəsində uşaqla daxil onlarla adamın olması barədə informasiyanı gözardı edib. İstintaq Komitəsi məhz bu səbəbdən azı 37 nəfərin öldüyünü bildirir.

Genin isə özünü təqsirli bilmir. Fövqəladə Hallar Nazirliyi onun nizamnaməyə uyğun davrandığını bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG