Keçid linkləri

2024, 30 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 11:23

Deripaska “Rusal” və “En+” şirkətlərinin direktorlar şürasından gedir


Oleg Deripaska
Oleg Deripaska

Rusiyalı biznesmen Oleg Deripaska “Rusal” və “En+” şirkətlərinin direktorlar şürasından çıxır.

Onun yerini “En+” şirkətinin müstəqil direktoru tutacaq.

Bu barədə şirkətin rəsmi saytında bildirilir.

Belə bir addım, ABŞ Maliyyə nazirliyinin şirkətə qarşı tətbiq etdiyi sanksiyaları aradan qaldırması üçün atılır.

Deripaska bundan əvvəl, “En+”şirkətdəki payını 50 faizdən də aşağı salmaq və direktorlar şürasının sədrliyindən getmək razılığına gəlib.

ABŞ-ın maliyyə nazirliyi 2018-ci il aprelin 6-da 38 rusiyalı biznesmen və Rusiya şirkətlərinə qarşı yeni sanksiyalar tətbiq edib.

Bu sanksiyalar, Deripaska və onun rəhbərlik etdiyi sözügedən şirkətlərə də şamil edilib.

Buna da bax: Birləşmiş Ştatlardan Rusal-a təklif.

Qeyd edək ki, Birləşmiş Ştatlar 2014-cü ildə Krımın işğalı, Ukraynanın şərqindəki separatçı münaqişə və Moskvanın ABŞ-da keçirilən son prezident seçkilərinə müdaxiləsinə görə Rusiyaya qarşı bir sıra sanksiyalar tətbiq edib.

Qərb Rusiyanı Ukraynanın şərqindəki rusiyapərəst separatçıları dəstəkləməkdə, Krımın işğalında, həmçinin Vaşintpn Moskvanı ABŞ-da keçirilən prezident seçkilərinə müdaxilədə günahlandırır.

Moskva ittihamları rədd edir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG