Keçid linkləri

Təcili xəbərlər
2020, 26 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 16:33

Birləşmiş Ştatlardan Rusal-a təklif


Oleg Deripaska

Birləşmiş Ştatlar bildirir ki, Rusiyanın ən böyük alüminium hasilatçısı olan Rusal şirkətinə sanksiyaları qaldıra bilər. Bir şərtlə ki, əsas hissədarı olan Oleg Deripaska şirkətə nəzarətdən əl çəksin.

ABŞ Xəzinədarlığı bu açıqlamanı aprelin 23-də verib və dərhal da Rusalın səhmləri 15 faiz yüksəlib.

ABŞ-ın maliyyə naziri Steven Mnuchin deyib ki, “Rusal Oleg Deripaska ilə bağlılığına görə ABŞ sanksiyalarının təsirini hiss edib. Ancaq ABŞ hökuməti Rusal və filiallarından asılı zəhmətkeş insanları hədəfə almır”.

Maqnat Oleg Deripaska Rusalda 48 faiz səhmə malikdir.

Ona və bir sıra digər rusiyalı biznesmen və siyasi elita təmsilçisinə sanksiyalar aprelin 6-da qoyulub. Xəzinədarlıq Moskvanı “bütün dünyada məkrli fəaliyyətinə görə” cəzalandırdığını açıqlayıb.

Bundan sonra Rusiyada səhmlər və rubl sürətlə ucuzlaşmağa başlayıb. Ən böyük ziyansa Rusal-a dəyib, bu həftəyədək dəyəri yarıbayarı azalıb.

Deripaska Xəzinədarlığın ittihamlarını “gülünc” adlandırıb.

XS
SM
MD
LG