Keçid linkləri

Təcili xəbərlər
2018, 25 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 07:59

33 dərəcə isti gözlənir


Günəş

Mayın 19-da Bakı və Abşeron yarımadasında havanın az buludlu olacağı, yağmursuz keçəcəyi bildirilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 15-17, gündüz 25-30, Bakıda gecə 15-17, gündüz 27-29 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında da havanın, əsasən, yağmursuz keçəcəyi, lakin gündüz saatlarında Böyük və Kiçik Qafqazın bəzi yerlərində şimşək çaxacağı, qısamüddətli yağış yağacağı vurğulanır. Gecə 14-18, gündüz 28-33, dağlarda gecə 8-13, gündüz 15-20 dərəcə isti təxmin edilir.

Xəbərdarlıq

Nazirlik xəbərdarlıq edir ki, mayın 20-si axşamdan, 21-i gün ərzində şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənir. Bəzi yerlərdə yağışın leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimal edilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG