Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Dekabr, çərşənbə, Bakı vaxtı 09:55

Krım tatarlarının deportasiyasının idönümüdür


Lvovda anım tədbiri

Ukrayna 1944-cü ildə sovet diktatoru Joseph Stalin-in Krım tatarlarını kütləvi deportasiya etməsinin ildönümünü qeyd edir.

Ölkədəki bütün kilsələr və monastırlar mayın 18-də günorta matəm zəngi çalacaq.

Anım tədbirləri Kiyevdə və Ukraynanın başqa şəhərlərində keçiriləcək.

Kiyevin Sofiya meydanında xüsusi anım tədbirinə isə rəsmilər də qatılacaq.

Stalin Krım tatarlarını nasist Almaniyası ilə işbirliyində ittiham edirdi.

1944-cü il mayın 18-dən başlayaraq 250 min nəfər qatarlara mindirilərək Orta Asiyaya göndərilib. Yolda minlərlə adam həlak olub.

Krım tatarlarının Krıma qayıtmasına 1980-ci illərin sonlarına, sovet lideri Mikhail Gorbachev-in islahatlarına qədər imkan verilməyib.

2015-ci ildə Ukrayna parlamenti 18 mayı Krım Tatarlarının Genosidi Qurbanlarının Xatirə günü elan edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG