Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Sentyabr, bazar, Bakı vaxtı 02:16

Zarif nüvə sazişi üzrə “konstruktiv görüş” keçirdiyini deyir


Mohammad Javad Zarif

İranın xarici işlər naziri Mohammad Javad Zarif mayın 15-də Avropa Birliyinin xarici siyasət rəhbəri Federica Mogherini ilə görüşünü “çox yaxşı və konstruktiv” adlandırıb.

Zarif İranın 2015-ci ildə dünya gücləri ilə imzaladığı sazişi qorumaq məqsədilə Çində, Rusiyada olub, son səfərini də Brüsselə edib.

O, Mogherini ilə birsaatlıq görüş keçirib. Mayın 15-də axşam saatlarında isə Almaniya, Fransa və Britaniya xarici işlər nazirlərinin birgə görüşü olacaq.

Nüvə sazişini Birləşmiş Ştatlar, İran, Rusiya, Çin, Britaniya, Fransa və Almaniya imzalayıb. ABŞ prezidenti Donald Trump mayın 8-də sazişdən çıxdığını açıqlayıb, Tehranın sazişin “ruhunu” pozduğunu bildirib. AB isə ümid edir ki, Tehranı nüvə sazişinə əməl etməyə inandıracaq.

Mayın 15-də Rusiya prezidenti Vladimir Putin fransalı həmkarı Emmanuel Macron-la telefon söhbətində sazişi müzakirə edib. Kremlin bildirməsinə görə, liderlər sazişə sadiq qaldıqlarını bir daha dilə gətiriblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG