Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Avqust, şənbə, Bakı vaxtı 19:48

Taliban onlarla təhlükəsizlik əməkdaşını öldürüb və yaralayıb


Əfqanıstan, arxiv fotosu

Əfqanıstanın qərbindəki Farah vilayətinin paytaxtı Farah şəhərinə Taliban yaraqlıları hücum edib, onlarla təhlükəsizlik əməkdaşının öldürüldüyü və yaralandığı bildirilir.

Mayın 15-də talibançılar bir neçə təhlükəsizlik məntəqəsinə basqın edib. Farah vilayət şurasının rəhbəri Fared Bakhtawer şəhərdə ağır döyüşlərin getdiyini bildirib.

Bakhtawer-in deməsinə görə, indiyədək döyüşlərdə Əfqanıstan təhlükəsizlik qüvvələrinin 30-dək üzvü öldürülüb, ya yaralanıb.

Yerli hökumətin adı çəkilməyən rəsmisi və bir neçə sakinin deməsinə görə, şəhər mərkəzinin 4 kilometrliyində təhlükəsizlik qüvvələri ilə yaraqlılar arasında döyüş gedir.

Farah vilayətindən deputat Mohammad Sarwar Osmani də Talibanın hücum etdiyini təsdiqləyib.

Talibanın sözçüsü Zabihullah Mujahid qruplaşmanın hücuma görə məsuliyyəti götürdüyünü bildirib.

Farah Helmand vilayəti ilə həmsərhəddir. Taliban bu vilayətdə bir neçə rayona nəzarət edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG