Keçid linkləri

Təcili xəbərlər
2018, 20 İyun, çərşənbə, Bakı vaxtı 13:47

İraq seçkilərində Sadr alyansı önə çıxır


Muqtada al-Sadr tərəfdarları qələbəni bayram edir

İraqda parlament seçkilərinin ilkin nəticəsi nüfuzlu şiə ruhanisi Muqtada al-Sadr alyansının önə çıxdığını göstərir. Baş nazir Haidar al-Abadi-nin bloku isə üçüncü yerdədir.

İraqın seçki komissiyası mayın 14-də bildirib ki, Sadr-ın İslahat uğrunda İnqilabçılar Alyansı ölkədəki 19 vilayətin 10-da öndə gedir. Buraya Bağdad və Bəsrə kimi sıx məskunlaşmış mərkəzlər də daxildir.

Ölkədə parlament seçkisi mayın 12-də keçirilib.

İranın dəstəklədiyi şiə hərbi komandiri Hadi al-Amiri-nin Fatah Alyansı ikinci yerdədir. Abadi-nin Qələbə Alyansı isə əsasən şiələrin yaşadığı vilayətlərdə zəif səs toplayıb.

Seçki komissiyası Sadr və Amiri-nin hərəsinin səslərin sayıldığı 10 vilayətdən dördündə qələbə çaldığını göstərib.

Ancaq Sadr-ın blokunun parlamentdə daha çox yerə malik Bağdadda səslərinin çoxunu aldığı bildirilir.

Yekun nəticənin mayın 14-də axşama doğru elan olunacağı gözlənir. Nəticələr İraq hökumətinin Abadi hakimiyyəti dövründə olduğu kimi, Birləşmiş Ştatlar və Qərbə, yoxsa İrana meyllənəcəyini üzə çıxaracaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG