Keçid linkləri

Təcili xəbərlər
2018, 22 İyun, Cümə, Bakı vaxtı 16:52

İraq qüvvələri İŞİD-in beş liderini tutub


Al Baghdadi-nin Suriyanın şərqində gizləndiyi bildirilir

İraq qüvvələri İslam Dövləti (İŞİD) silahlı qruplaşmasının beş liderini tutub. Bu, Birləşmiş Ştatların dəstəklədiyi Suriya qüvvələri ilə birlikdə gerçəkləşdirilib. Məlumatı İŞİD-lə savaşan ABŞ koalisiyası mayın 10-da yayıb.

Koalisiyanın sözçüsü Ryan Dillon bu həbsləri “Daesh-ə ciddi zərbə” adlandırıb.

İraq dövlət televiziyası saxlananların Saddam al-Jammel, Mohamed al-Qadeer, Ismail al-Eithawi, Omar al-Karbouli və Essam al-Zawbai olduğunu deyib, onları sarı məhbus geyimində görüntüləyib.

İŞİD daha İraqda böyük ərazilərə nəzarət etmir, ancaq Suriyada İraq sərhədi boyunca mövcudluğunu saxlayır.

ABŞ prezidenti Donald Trump yazdığı tvitdə ekstremist qruplaşmanın “ən çox axtarılan beş lideri”nin saxlanmasını alqışlayıb.

Ancaq İŞİD lideri Abu Bakr al-Baghdadi saxlananlar arasında deyil. İraq rəsmiləri məhbuslardan Ismail al-Eithawi-nin Baghdadi-nin əsas köməkçisi olduğunu bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG