Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:51

Ukraynada separatçılar parada qadağan olunmuş silahlar çıxarıb


Donetskdə parad
Donetskdə parad

Mayın 9-da Ukraynanın şərqində separatçıların əlində olan Donetsk şəhərində Qələbə Günü paradı keçirilib. Ukraynada belə şənliyə qadağa var, ancaq separatçılar üstəlik, parada tanklar və digər ağır texnika çıxarıblar.

Bu, 2015-ci ildə imzalanmış, hər iki tərəfin tam əməl etmədiyi sülh sazişinin şərtlərinin pozulması deməkdir. Həmin sülh sazişi tərəfləri minaatanları, raketləri, digər iri kalibrli silahları demarkasiya xəttindən çəkməyə çağırırdı.

Donetskdə parad
Donetskdə parad

“Frans Pres” agentliyinin müxbiri paradda sərgilənən 45 ağır texnika sayıb. Onların çoxu da keçmiş Sovet İttifaqının qırmızı ulduzu, Müqəddəs Georgi lentiylə rənglənib. Ukrayna bu simvolu Rusiyanın təcavüzünün və ekspansiyasının əlaməti sayır, 2014-cü ildə Krım yarımadası işğal olunandan sonra Georgi lentini qadağan edib.

“RUS DÜNYASI”NI QORUMAQ

Rusiyanın Interfax xəbər agentliyinə görə, Qələbə Günü paradına onlarla hərbi maşın, T-72 tankları, qaubitsalar, raket buraxıcılar da çıxarılıb.

Paradda göstərilən avadanlıq qənimət kimi ələ keçirilib”, – separatçıların hərbi lideri Oleksandr Voronin “Frans Pres”ə deyib. O, həmin avadanlığın Ukrayna ordusundan ələ keçirildiyini, sonra bərpa olunduğunu iddia edib.

Nasist Almaniyası üzərində qələbənin ildönümü münasibətilə keçirilən tədbirə 35 min nəfər qatılıb. Separatçıların lideri Aleksandr Zakharchenko deyib ki, region əhalisi “torpaqlarını silahla müdafiə etməli”, “rus dünyası”nı Ukrayna millətçilərindən qorumalıdır.

Aleksandr Zakharchenko (sağda)
Aleksandr Zakharchenko (sağda)

Yerli sakinlər parada yaxalarında Georgi lenti, əllərində qırmızı bayraqlar və gül buketləri ilə gəliblər. Bəziləri hərbi uniforma dəbində geyindirdikləri övladlarını da gətiriblər.

Prezident Vladimir Putin Rusiyada Qələbə günü paradlarını bərpa etsə də, 2014-cü ildə rusiyapərəst separatçılarla münaqişə başlanandan Ukrayna bunu yasaqlayıb.

KİYEVDƏ 14 NƏFƏR SAXLANIB

Mayın 9-da Kiyevdə 10 minədək adam küçələrə çıxaraq separatçılarla münaqişədə öldürülmüş 10 min 300-dən çox adamın portretini qaldırıb.

Kiyev polisi “totalitar kommunist rejimi”nin yasaqlanmış simvollarını taxmış 14 nəfəri saxlayıb. Onlar cərimə ödəməli olacaqlar.

Kiyevdə anım tədbiri
Kiyevdə anım tədbiri

Stalinin Sovet İttifaqı 2-ci dünya müharibəsinin ilk iki ilində Hitler Almaniyasının müttəfiqi idi”, – Ukrayna prezidenti Petro Poroshenko anım mərasimində söyləyib.

Bu gün Putin Rusiyası dünyanı 3-cü dünya müharibəsinə sürükləyir. Onlar burdadırlar, uzaqda deyillər və bu, bizdən ayıq-sayıqlıq, məsuliyyət tələb edir”, – o vurğulayıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG