Keçid linkləri

Təcili xəbərlər
2020, 22 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 04:35

Şübhəli qaz hücumları qurbanlarının meyitləri eksqumasiya olunacaq


Dumada tapılmış sarı qaz kanistri

Media yazır ki, beynəlxalq kimyəvi silah müfəttişləri Suriyanın Duma şəhərində ötənaykı şübhəli qaz hücumu qurbanlarının meyitlərini eksqumasiya etməyə hazırlaşır. İndiyədək belə bir addım atılmayıb.

Kimyəvi Silahların Qadağanı Təşkilatının rəhbəri Ahmet Uzumcu mayın 3-də “Financial Times”a deyib ki, qurumun faktaraşdırıcı missiyası aprelin 21-də bu əraziyə daxil olandan bəri ətraf mühitlə bağlı 100-dən artıq “nümunə” toplayıblar. “Frans Pres” agentliyi də qəzetin yazdıqlarını təsdiqlətdiyini xəbərləyib.

Missiyanı BMT-nin Təhlükəsizlik Şurası göndərib. Aprelin 7-də baş vermiş bu dəhşətli hücumun görüntüləri bütün dünyanı sarsıdıb. İnsidentdən sonra, aprelin 13-də Birləşmiş Ştatlar, Britaniya və Fransa Suriyadakı şübhəli kimyəvi silah obyektlərinə raket zərbələri endirib.

Tibb işçiləri xlor və sarin sinir qazının qarışığıyla törədildiyi bildirilən hücumda 40-dan çox adamın həlak olduğunu deyir.

Uzumcu deyib ki, indi qrup həmin iddiaların araşdırılmasından ötrü eksqumasiya olunacaq meyitlərdən “biomedik nümunələr” götürmək istəyir.

Uzumcu bunu “çox həssas proses” adlandırıb, missiyanın Dumayla bağlı hesabatı dərc etməsinin bir ay çəkə biləcəyini deyib.

XS
SM
MD
LG