Keçid linkləri

Təcili xəbərlər
2019, 10 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 23:12

Pashinian böhranın həllinə ‘çalışdığını’ deyir


Nikol Pashinian

Ermənistanın müxalifət lideri Nikol Pashinian Rusiya, Birləşmiş Ştatlar, Gürcüstan və Avropa Birliyinin səfirləri ilə görüşüb, ölkədəki siyasi böhranın həllinə çalışmasıyla bağlı onları bilgiləndirib.

Ölkəiçi böhranın həlli üçün əldə olunmuş razılaşmalarla bağlı səfirlərə məlumat verdim”, – Pashinian mayın 3-də Facebook səhifəsində bəyanat yayıb.

İkitərəfli münasibətlərlə bağlı bir neçə məsələ müzakirə olundu. Ermənistanda akkreditə olunmuş səfirlərlə görüşlər davam edəcək”, – o deyib.

Mayın 3-də Pashinian-ın Yelk partiyası və parlamentdəki digər müxalifət partiyaları onu baş nazirliyə rəsmi namizəd elan edib. O, daha sonra hakim Respublikaçı Partiyadan da “xalqın namizədi”nin dəstəklənəcəyi ilə bağlı təminat alıb.

Nikol Pashinian parlament fraksiyasının iclasını keçirir, 3 may, 2018-ci il
Nikol Pashinian parlament fraksiyasının iclasını keçirir, 3 may, 2018-ci il

Kremlin sözçüsü Dmitry Peskov isə deyib ki, Rusiya Ermənistanla “yaxşı və konstruktiv” münasibətlərin saxlanacağına, Ermənistandakı partiyaların fikir ayrılıqlarını “mümkün qədər tez” yoluna qoyacaqlarına ümid edir. Məlumatı Rusiyanın Interfax agentliyi yayıb.

***

Ermənistanın müxalifət lideri Nikol Pashinian mayın 8-də gözlənən səsvermədə baş nazir postuna rəsmən namizəd elan edilib. O, 105 yerlik parlamentdə 41 deputatın dəstəyini təmin edib. Açıqlamanı mayın 3-də AzadlıqRadiosu-na Pashinian-ın rəhbərlik etdiyi Yelk fraksiyasının üzvü Ararat Mirzoian verib.

Pashinian mayın 2-də üç həftədir davam edən etirazlarda fasilə elan edib. Artıq hakim Respublikaçı Partiya (HHK) da onun baş nazirliyə namizədliyini dəstəkləyəcəyini bildirib.

BAGHDASARİAN-LA GÖRÜŞÜB

Mayın 3-də Facebook-da yaydığı videoda Pashinian deyib ki, HHK-nın parlament fraksiyasının rəhbəri Vahram Baghdasarian-la görüşüb, Baghdasarian onu əmin edib ki, HHK “xalqın namizədi”ni dəstəkləyəcək. Daha öncə partiya deputatların üçdə birinin dəstəyini qazanmış istənilən namizədin arxasında duracağını bildirmişdi.

***Buna da bax: Ermənistan: Hakim partiya geri çəkilir - VİDEO, FOTOLAR

Pashinian-ın rəhbərlik etdiyi etirazlar keçmiş prezident Serzh Sarkisian-ı aprelin 23-də istefaya getməyə məcbur etdi. Sarkisian 10 il prezident postunda olmuş, istefasından cəmi bir həftə öncə parlamentdə baş nazir seçilmişdi. Ölkə konstitusiyasına dəyişikliklər isə prezidentin səlahiyyətini məhdudlaşdırmış və baş naziri əsas fiqura çevirmişdi.

Tənqidçilər yeni sistemin məqsədinin Sarkisian-ı qeyri-müəyyən müddətə vəzifədə saxlamaq olduğunu deyirdilər. Elə ümumxalq etirazlarına da bu amil təkan verdi.

Mayın 1-də HHK-nın nəzarətində olan parlament 55-45 səs çoxluğuyla Pashinian-ın baş nazir olmasının əleyhinə səs verdi və etirazçılar ertəsi gün yenidən küçələrə çıxdılar.

Pashinian mayın 3-də tərəfdarlarından xahiş edib ki, mayın 8-də səhər 11-də Respublika meydanına yığışsınlar. O vaxtadək siyasi durumun dəyişəcəyi halda tərəfdarlarını Facebook vasitəsilə onunla ünsiyyət saxlamağa səsləyib.

ÜST-ÜSTƏ 47 MANDAT

Əgər mayın 8-də də baş nazir təsdiqlənməsə, qanunverici orqan avtomatik olaraq buraxılacaq və erkən seçki təyin olunacaq, seçki prosesini isə Respublikaçı Partiyanın rəhbərlik etdiyi müvəqqəti hökumət gerçəkləşdirəcək.

Yelk fraksiyasından Mirzoian AzadlıqRadiosu-na deyib ki, Pashinian Tsarukyan Alyansının təmsilçilərinin, Dashnaksutyun-un dəstəyini də əldə edib. Tsarukyan 31, daşnaklar 7 mandata malikdir. Yelk-in 9 yeri var.

***Buna da bax: Müxalifətin qələbəsi Ermənistana nə verə bilər?

Mayın 2-də keçirilən etirazlarda ölkənin əsas yolları bağlandı, nəqliyyatın, şirkətlərin işi iflic oldu.

Ancaq Ermənistanla Dağlıq Qarabağ arasındakı iki əsas magistral açıq saxlanmışdı.

Azərbaycanın Dağlıq Qarabağ bölgəsində separatçı hərəkat 1988-ci ildə başlayıb, 1994-cü ildə atəşkəs əldə olunub. 2016-cı ildə dördgünlük əməliyyatlarda 100-dək adamın həlak olduğu bildirilirdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG