Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 13:15

Müxalifətin qələbəsi Ermənistana nə verə bilər?


Etirazlar Ermənistanı gücləndirir, yoxsa zəiflədir?
Gözlə

No media source currently available

0:00 0:14:44 0:00

Etirazlar Ermənistanı gücləndirir, yoxsa zəiflədir?

Ermənistan müxalifətinin lideri Nikol Pashinian-ın tərəfdarları bu gün – mayın 2-də vətəndaş itaətsizliyi aksiyalarını bərpa ediblər. Paytaxt Yeravan da daxil, bir çox şəhərlərdə ümumxalq tətilləri başlayıb. Bəs, bir aya yaxındır davam edən bu etirazlar Ermənistanı gücləndirir, ya zəiflədir?

"BU ERMƏNİSTAN ÜÇÜN OLDUQCA MÜSBƏT HALDIR"

Bakıdan politoloq Hikmət Hacızadə düşünür ki, nəticəsindən asılı olmayaraq, bu cür birlik nümayişi birmənalı şəkildə Ermənistanı gücləndirir:

"Bir demokrat kimi deyə bilərəm ki əlbəttə, gücləndirir. Ermənistanda başlayan hərəkat ölkənin sosial kapitalı, cəmiyyətin hökumətdən tələb etmək, ölkəni idarə etmək, taleyinə nüfuz etmək baxımından olduqca önəmlidir. Ona görə də qlobal yanaşdıqda Ermənistanda baş verənlər bu ölkə üçün olduqca müsbət haldır".

Etirazlardan sonra baş nazir Serj Sarkisyan istefa versə də, aksiyalar səngiməyib. İndi etirazçılar yeni baş nazirin kim olması uğrunda mübarizə aparır.

YENİ FORMALAŞACAQ HAKİMİYYƏTİN XARİCİ SİYASƏTİ...

Yerevandakı Regional Araşdırmalar Mərkəzinin rəhbəri Richard Giragosian da düşünür ki, bütün bu baş verənlər erməni xalqının gücünü göstərdi:

"Ölkədaxili maraqlar, demokratiya baxımından Ermənistan şübhəsiz ki, əhəmiyyətli dərəcədə güclənəcək. O ki, qaldı xarici siyasətə, özəlliklə də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sülh danışıqlarında müəyyən dərəcədə zəifləmə olacaq. Yeni formalaşacaq istənilən hakimiyyət böyük ehtimalla hər hansı sülh razılaşmasına təkan verə, mümkün kompromislərə gedə bilməyəcək. Bu da yaxın müddət üçün sülh danışıqları prosesini daha da çətinləşdirəcək".

Etirazların lideri Nikol Paşinyan dünən - mayın 1-də Ermənistan parlamentində çıxışı zamanı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı da danışıb. O deyib ki, Azərbaycanın erməni dövlətçiliyini məhv etməklə hədələdiyi bir mühitdə kompromis haqda danışmaq qəribədir.

Paşinyan belə bir şəraitdə yalnız dövlətin özünümüdafiəsini gücləndirməkdən danışmağı doğru hesab edib. O bildirib: “Hər hansı kompromis yalnız o halda müzakirəyə çıxarıla bilər ki, Azərbaycan Dağlıq Qarabağ xalqının öz müqəddəratını təyinetmə hüququnu tanımağa hazır olduğunu aydın şəkildə bildirsin. Başqa variant yoxdur”.

"BƏLKƏ ERMƏNİ XALQI QARABAĞDA SÜLH İSTƏDİ"

Politoloq Hikmət Hacızadə Ermənistanda baş verənlərin Dağlıq Qarabağ münaqişəsinə təsirlərindən danışmağı hələki tez sayır. Amma bildirir ki, etirazçılar hakimiyyətə gələrsə, bu Sarksyanın siyasətindən fərqli olacaq. Ən azından sözü Ermənistan xalqı deyəcək:

"Hakimiyyətdə Rusiyadan idarə olunan bir qrup kuklalar olmasa, ümid yaranır ki, bu xalq öz taleyini fikirləşib müsbət qərar qəbul edəcək. Moskva gətirib Sarkisyanı kukla kimi qoymuşdu hakimiyyətin başına. Nə əmr edirdisə, Sarkisyan da onu edirdi. Moskva da Qarabağda sülh istəmir. Amma bilmək olmaz bəlkə xalq istədi".

Hikmət Hacızadə bildirir ki, bütün hallarda ölkədə demokratiya bərpa olunarsa, bu Qarabağ münaqişəsinə də müsbət təsir edə bilər, üstəlik Ermənistanı da bir dövlət kimi gücləndirə bilər.

Bəs, Bakı sakinləri Ermənistanda baş verən bu etirazlar barədə nə düşünürlər? Bu olaylar Ermənistanı gücləndirəcək, ya əksinə zəiflədəcək:

Ermənistandakı etirazlar ölkəni gücləndirir, ya zəiflədir?
Gözlə

No media source currently available

0:00 0:01:15 0:00

ETİRAZLARIN QISA TARİXÇƏSİ...

Ermənistanda etirazlar Serj Sarkisyanın 10 il prezident olandan sonra baş nazir postuna keçməsi ilə başladı.

Dinc etirazlardan sonra o, aprelin 23-də istefa verməli oldu. Bir neçə il əvvəl Konstitusiyaya dəyişikliklər isə artıq baş nazirin səlahiyyətlərini genişləndirmiş, prezidentinkini məhdudlaşdırmışdı.

Elə opponentləri də etirazları bu səbəbdən başlatdı, onlar deyirdilər ki, yeni sistem Sarkisyanın qeyri-müəyyən müddətə ölkə rəhbəri postunda qalmasına imkan verərdi.

Aksiyaların lideri Nikol Paşinyan mayın 1-də parlamentdəki səsvermədə baş nazirliyə namizədliyi irəli sürülmüş yeganə siyasətçi idi. Parlament onun namizədliyini qəbul etmədi. Hakim Respublikaçı Partiya onu dəstəkləmədi.

Buna cavab olaraq Paşinyan bildirdi ki, bu addımı ilə hakim partiya özünü məhv etdi və öz xalqına qarşı müharibə elan etdi. Dünəndən Ermənistandan etirazlar yenidən qızışıb.

Rəsmi məlumata görə Ermənistan parlamenti mayın 8-də baş nazir vəzifəsinə yenidən baxmaq qərarına gəlib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG