Keçid linkləri

Təcili xəbərlər
2020, 21 Oktyabr, çərşənbə, Bakı vaxtı 03:51

Türkmənistan Xəzərdə liman açıb


Gurbanguly Berdymukhammedov limanın açılışında, 2 may, 2018-ci il

Türkmənistan Xəzər dənizi sahilində böyük bir liman açıb. Yük və sərnişin limanının 1,5 milyard dollara başa gəldiyi bildirilir.

Bu Orta Asiya ölkəsi ixracı artırmağı, Avropayla Asiyanı birləşdirən regional hab yaratmağı hədəfləyir. Aşqabad bununla təbii qaz ixracından asılı iqtisadiyyatını şaxələndirməyə çalışır.

Qaz ixracı Türkmənistanı üçün əsas valyuta mənbəyidir. Əsas müştərisi olan Rusiya 206-cı ildə qiymətlə bağlı razılığa gəlməyincə qaz alışını dayandırıb və ölkə bundan böyük ziyana düşüb.

***Buna da bax: Xəzərin statusu barədə doğrudan da razılığa gəlinibmi?

Hökumət bildirir ki, Türkmənbaşı şəhərində açılmış bu nəhəng liman ölkənin yükdaşıma qabiliyyətini ildə üç dəfədən çox artıracaq, 25-26 milyon tona çatdıracaq.

Dünya okeanına çıxışı olmasa da, Xəzər dənizi regionda ticarət və sərnişindaşıma üçün vacib keçid sayılır.

Rəsmi açılış mərasimindən öncə ölkə prezidenti Gurbanguly Berdymukhammedov deyib ki, yeni liman müasir dəniz nəqliyyatı sistemində vacib halqaya çevriləcək, istifadəçilərə Qara Dəniz ərazisi, Avropa, Yaxın Şərq və Asiyaya çıxış üçün əlverişli şərait yaradacaq.

Prezidentin deməsinə görə, Aşqabad quruyla əhatələnmiş qonşularının bu limandan istifadəsinin müzakirəsinə hazırdır. Həmin ölkələr Özbəkistan və Əfqanıstandır.

***Buna da bax: ABŞ Türkmənistan qazının Azərbaycandan nəqlinə dəstək verəcəkmi?

Türkmənistan qonşu Qazaxıstandan keçən dəmiryolu xəttiylə Çinlə əlaqə yaradıb. Yeni limansa Aşqabada Çin, Yaxın Şərq və Avropa arasında hərəkət edən yüklərin bir hissəsini daşımaq imkanı verə bilər.

Rusiya, Azərbaycan, Qazaxıstan və İranın da Xəzər sahilində limanları var.

Türkmənistan hazırda bu limanla nə qədər yük daşındığnı açıqlamır.

XS
SM
MD
LG