Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 14:51

ABŞ Türkmənistan qazının Azərbaycandan nəqlinə dəstək verəcəkmi?


Türkmənistanın Şərq-Qərb kəmərinin açılışı
Türkmənistanın Şərq-Qərb kəmərinin açılışı

Karlton Universiteti Avropa, Rusiya və Avrasiya Tədqiqatları Mərkəzinin baş ekspertlərindən Robert M. Cutler yazır ki, az qala on illik fasilədən sonra ABŞ diplomatiyası Xəzər enerjisi adlı oyun meydanına qayıdır.

Ekspertin fikrincə, buna səbəb Transxəzər Qaz Kəməri (TXQK) ətrafında canlanmanın yaranmasıdır.

Bu layihədə habelə Qara dənizin dibi ilə çəkilməli olan Ağ axın kəməri də daxil Avropaya qaz nəqli şəbəkəsi də var.

1990-cı illərin ortalarında iki ABŞ şirkəti - Bechtel və General Electric şirkətinin GE Capital filialı hasilatın pay bölgüsü üzrə müştərək müəssisə yaratmışdılar. Bu müəssisə 1998-ci ildə Xəzərin dibi ilə keçməklə Türkmənistandan Azərbaycana gedəcək qaz kəmərini tikməliydi. Bu layihənin həyata keçirilməsi üçün bütün texniki imkanların olduğu halda ortalığa çıxan başqa faktorlar əngələ çevrilmişdi.

Nabucco kəmər layihəsi üzrə partnyorlar ildə 10 milyard kubmetr türkmən qazını Avropa bazarına gətirmək niyyətində idilər, lakin Rusiya və İran ekoloji təhlükəsizlik məsələsini qaldırmaqla layihəni bloklamışdılar. Onlar iddia edirdilər ki, Xəzərin dibi ilə kəmər çəkilişinə 5 sahilyanı ölkənin hamısının razılığı olmalıdır. Halbuki Rusiya Qazaxıstanla birlikdə belə bir razılıq olmadan da müxtəlif layihələr üzrə müştərək müəssisələrini yaradırdılar.

Əgər Lavrov deyirsə…

Robert M. Cutler yazır ki, indi bütün bunlar dəyişə bilər. Ötən ilin sonlarında Rusiyanın xarici işlər naziri Sergey Lavrov elan edib ki, 5 sahilyanı dövlət Xəzərin hüquqi statusu barədə razılığa gəliblər və bu barədə saziş bu yaxınlarda imzalanacaq. Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfovsa bildirib ki, sözü gedən sazişdə Xəzərin dibi ilə kəmərlərin çəkilməsi də nəzərdə tutulub və sahil ölkələri bunu öz sektorlarına düşən hissədə ikitərfli qaydada edə bilərlər.

Xəzəryanı ölkələrin xarici işlər nazirləri ötən ilin sonunda Moskvada görüşüblər
Xəzəryanı ölkələrin xarici işlər nazirləri ötən ilin sonunda Moskvada görüşüblər

Avropanın Rusiyadan təbii qaz idxalının payı 2025-ci ilədək hazırkı 30 faizdən 35 faizə çatacaq. 2030-cu illərin ortalarında isə Avropanın bütün qaz istehlakının 40 faizinin Rusiyadan gələcəyi gözlənilir. Beləliklə, Avropa İttifaqının Rusiya qazından asılılığı azalmaqdansa, artan xətt üzrə qalxa bilər. Məhz bu səbəbdən də Aİ TXQK-nin reallaşmasında son dərəcə maraqlıdır.

Xəzərin statusu üzrə saziş TXQK layihəsini Trükmənistan və Azərbaycan arasında həll oluna biləcək məsələyə çevririr.

Robert M. Cutler yazır ki, ötən yayın axırlarında Aşqabadda keçirilmiş sammitdə iki ölkə ilk dəfə olaraq enerjinin nəqli sahəsində əməkdaşlığa dair niyyət memorandumu imzalayıblar.

Avropa İttifaqı TXQK-ni özünün Ortaq Maraq Layihələri Siyahısına daxil edib. Bu isə layihənin Avropa bankları tərəfindən maliyyələşdirilməsini tamamilə real edir. Cutler-in fikrincə əgər hadisələr belə sürətlə inkişaf etsə, TXQK-nin birinci xətti üzrə qaz Avropaya paylaşdırılmaq üçün İtaliyaya artıq 2020-ci ildə gələ bilər.

ABŞ-ın diplomatik dəstəyi

Müəllifin fikrincə Türkmənistan birinci xətlə qazın nəqlinə yalnız ikinci xəttin də reallaşacağına əmin olduqdan sonra qol qoya bilər. Əgər bu baş verərsə, onda Qara dənizin dibi ilə Ağ axın kəmərinin tikintisi zərurət olacaq.

Sözü gedən layihənin birinci xətti üzrə iş artıq gedir. Bu xətt üzrə Azərbaycan qazı Türkiyəyə, oradan isə Transanadolu kəməri (TANAP) ilə Yunanıstana, daha sonra Transadriatik Qaz Kəməri (TAP) vasitəsilə İtaliyaya çatdırılmalıdır.

Türkmənistan bildirir ki, o ildə 30-40 milyard kubment qaz ixrac etmək imkanındadır. Əslində bu onun mövcud Şərq-Qərb Kəmərinin tutumu qədərdir.

Robert M. Cutler yazır ki, Türkmənistan qazının Avropaya nəqlinin ikinci xəttinin çatışmayan bir sektoru qalır, bu da Qara dənizin altı ilə Gürcüstandan Rumıniyaya getməli olan Ağ axın kəməridir.

Türkmənistan prezidenti Qarbanqulı Berdımuxammedov Şərq-Qərb qaz kəmərini açır
Türkmənistan prezidenti Qarbanqulı Berdımuxammedov Şərq-Qərb qaz kəmərini açır

Artıq Avropa İttifaqının üzvü olan Rumıniyadan Türkmənistan qazı Mərkəzi Avropaya həm hazırda tikilməkdə olan BRMA (Bolqarıstan-Rumıniya-Macarıstan-Avstriya ) kəməri, həm də Ukrayna ərazisindən Transbalkan kəməri ilə nəql oluna bilər. Ukraynadan isə türkmən qazı Polşaya, oradan “Bratstvo” kəməri vasitəsilə Slovakiya, Almaniya, Çexiya, habelə Avstriyaya nıəql edilə bilər.

Robert M. Cutler yazır ki, ABŞ-ın yeni Milli Təhlükəsizlik Strategiyası “müttəfiqlərə və partnyorlara enerjidən əngəl vasitəsi kimi istifadə edənlərə qarşı dəstək” vəd edir.

Ekspertin fikrincə bu, TXQK üçün, Ağ axın da daxil diplomatik dəstək deməkdir.

Müəllif xatırladır ki, ötən ilin sonunda ABŞ Dövlət Departamentində Beynəlxalq Enerji İşləri üzrə xüsusi elçi əvəzi və koordinator Sue Saarnio ABŞ-ın Cənub Qaz Dəhlizinə dəstəyini bir daha təsdiq edib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG