Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Oktyabr, bazar, Bakı vaxtı 06:49

İrandakı zəlzələdə 76 nəfər xəsarət alıb


İranda zəlzələ

İranın cənub-qərbindəki Sisaxt şəhərində mayın 2-də səhər baş vermiş zəlzələdə azı 76 nəfər xəsarət alıb, elektrik və kommunikasiya xətlərinə, binalara ziyan dəyib. Bu haqda dövlət mediası xəbər yayıb.

Zəlzələnin gücü 5,3 bal olub. Adamlar dağılan binaların altında qalmamaq üçün küçələrə qaçıb.

Dövlət mediası xəbər verir ki, 10 min nəfər sakini olan şəhərdə mülkiyyətə böyük ziyan dəyib. Sisaxt Şiraz şəhərindən 160 kilometr şimal-qərbdə yerləşir.

İranda tez-tez zəlzələ baş verir.

Ötən noyabrda İraqla sərhəddə yerləşən Kirmanşah vilayətində zəlzələdən azı 620 nəfər həlak olmuş, minlərlə adam xəsarət almışdı.

XS
SM
MD
LG