Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Noyabr, çərşənbə, Bakı vaxtı 02:53

Neft-qaz sənayesi rəhbərləri Bakıda toplaşır


Xəzərdə neft platforması

Bakıda iki günlük Beynəlxalq Xəzər «Neft və Qaz» Konfransı (XNQK-2018) təşkil olunacaq.

Bu haqda konfransın təşkilat komitəsinin məlumatında bildirilir.

Mayın 30-u və 31-də keçiriləcək tədbirdə bir çox dünya ölkələrindən neft-qaz sahəsində çalışan əsas operatorlar, rəhbərlər, eləcə də mütəxəssislər bir araya gəlməlidir.

Konfrans Energetika Nazirliyi və Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) dəstəyi çərçivəsində təşkil olunacaq.

Tədbirin əsas müzakirə mövzuları «TANAP və TAP layihələrinin genişləndirilməsi», «Şahdəniz Mərhələ 2» yatağının işlənməsi, «Xəzər regionunda əsas operatorların planları», «Neft və qazın hasilat templərinin artırılması üçün qabaqcıl texnologiyalar» olacaq.

Tədbirdə OPEC-in rəhbəri Məhəmməd Barkindonun, Qaz İxrac edən ölkələrin forumunun (GECF) baş katibi Yuri Sentyurinin, BP Azərbaycan-Gürcüstan-Türkiyə-nin regional prezidenti Qari Consun və bir çox başqa şəxslərin iştirak edəcəyi gözlənir. Ümumilikdə, tədbirə 500-dən çox şəxsin qatılacağı bildirilir.

TANAP (Trans Anadolu qaz kəməri) və TAP (Trans Adriatik qaz kəməri) «Şahdəniz» (Azərbaycan) qazını Avropaya nəql edəcək Cənub Qaz Dəhlizi layihəsinin tərkib hissələridir. Bu il TANAP-ın işə düşəcəyi gözlənir.

Multimedia

XS
SM
MD
LG