Keçid linkləri

Təcili xəbərlər
2021, 06 Mart, şənbə, Bakı vaxtı 13:47

Pompeo-nun Kim-lə görüşünü Trump təsdiqləyir


Arxiv fotosu

ABŞ prezidenti Donald Trump deyir ki, ötən həftə CIA direktoru Mike Pompeo Şimali Koreya lideri Kim Jong Un-la görüşüb və sammit planları hazırlanma prosesindədir.

Pompeo-nun Kim-lə görüşü “çox yaxşı keçib və yaxşı münasibət qurulub”, – Trump aprelin 18-də Twitter-də yazıb. “Hazırda sammitin detalları hazırlanır. Nüvəsizləşdirmə Dünya və Şimali Koreya üçün böyük şey olacaq”, – Trump yazıb.

***

Medianın yazdığına görə, ABŞ prezidenti Donald Trump Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ, ingiliscə CIA) direktoru Mike Pompeo-nu Şimali Koreya lideri Kim Jong Un-la görüşə göndərib. Məqsəd Trump-la Kim arasında sammitin təşkil olub.

Pompeo-nu Trump dövlət katibi postuna təyin edib. Onun Kim-lə görüşü barədə məlumatı ilk dəfə aprelin 17-də “The Washington Post” yazıb. Məlumata görə, bu iki şəxs Pompeo-nun Pasxa həftəsonunda Şimali Koreyaya səfəri zamanı görüşüblər.

***Buna da bax: Seul – Pxenyan sammiti keçiriləcək

Qəzet “səfərlə bağlı birbaşa bilgili” iki fərdə istinad edib.

“Reuters” və “The New York Times” daha sonra Pompeo-Kim görüşünün baş tutduğunu təsdiqləyiblər.

2000-Cİ İLDƏN BƏRİ İLK YÜKSƏK SƏVİYYƏİ GÖRÜŞ

Bu görüş 2000-ci ildən bəri ABŞ və Şimali Koreya arasında ən yüksək səviyyəli görüş sayılır. O zaman dövlət katibi Madeleine Albright Kim-in atası Kim Jong Il-lə görüşmüşdü.

Aprelin 17-də Trump deyib ki, Vaşinqtonla Pxenyan “çox yüksək səviyyədə” birbaşa danışıqlar aparıblar, Kim-lə sammitin təşkilinə çalışıblar.

Trump Yaponiyanın baş nazir Shinzo Abe ilə Floridadakı iqamətgahında görüş vaxtı deyib ki, “bunun xoş niyyətə yol açmasına inanıram, xoş şeylər baş verir. Nə baş verdiyini görəcəyik”.

Pompeo-Kim görüşü barədə informasiya yayılmazdan öncə Vaşinqtonla Pxenyan arasında yüksək səviyyəli danışıqların necə baş verməsi ətrafında çaşqınlıq yaranmışdı.

Trump Abe və həyat yoldaşı ilə gəzişərkən, jurnalistlərdən biri ABŞ prezidentindən soruşub ki, Kim-lə birbaşa danışıbmı.

Trump “bəli” desə də, onun bu sualı, yoxsa digərini cavablandırdığı aydın olmayıb.

***Buna da bax: Kim-in ögey qardaşının qətlinə görə yeni sanksiyalar

Bir neçə dəqiqədən sonra ondan bir daha soruşublar ki, Kim-lə birbaşa danışıbmı. Trump deyib ki, danışıqlar “həmin səviyyədən azacıq aşağı” həddə baş tutub.

Trump –ın deməsinə görə, ABŞ-Şimali Koreya toplantısı üçün beş məkan nəzərdən keçirilir və görüş gələn iki ay ərzində gerçəkləşə bilər.

XS
SM
MD
LG