Keçid linkləri

Təcili xəbərlər
2018, 20 İyul, Cümə, Bakı vaxtı 07:18

Kim-in ögey qardaşının qətlinə görə yeni sanksiyalar


Kim Jong Un (solda) Pxenyanda prezidentin Milli Təhlükəsizlik İdarəsinin rəhbəri Chung Eui-yong ilə görüşür

Martın 6-da Birləşmiş Ştatlar Şimali Koreyaya sanksiyaların yeni raundunu açıqlayıb. ABŞ elan edib ki, Pxenyan ötən il ölkə lideri Kim Jong Un-un ögey qardaşının qətlində VX kimyəvi maddəsindən istifadə edib.

ABŞ Dövlət Departamentinin sözçüsü Heather Nauert bəyanatında bildirib ki, ABŞ hökuməti bu qənaətə fevralın 22-də gəlib, Kim Jong Namon-un məhz rejimin göstərişiylə öldürüldüyünü bildirib.

Pxenyana sanksiyalar martın 5-də, nəticə rəsmən dərc olunandan sonra qoyulub.

Kim Jong Namon Kuala Lumpur aeroportunda öldürülüb, iki qadın onun üzünə kimyəvi maddə atıb.

ABŞ qanunvericiliyinə görə, bir ölkə kimyəvi və bioloji silahlara qadağanı pozursa, onun məhsullarının idxalı yasaqlanır. Amma Şimali Koreya onsuz da ABŞ və BMT-nin sərt sanksiyalarıyla üzləşib, yəni yeni sanksiyaların elə də güclü təsir göstərməyəcəyi ehtimal olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG