Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Oktyabr, bazar, Bakı vaxtı 20:27

Albaniya və Makedoniya ilə AB-yə üzvlük danışıqlarına başlamaq tövsiyə ediləcək


Makedoniyanın baş naziri Zoran Zaev (sağda) və Avropa Komissiyasının prezidenti Jean-Claude Juncker, arxiv fotosu

Avropa Komissiyası Avropa Birliyinə tövsiyə edəcək ki, Albaniya və Makedoniya ilə üzvlük danışıqlarına başlasın. AzadlıqRadiosu bu haqda sənəd layihəsi görüb.

Bu sənəd Avropa Birliyinin illik genişlənə paketinin bir hissəsidir, aprelin 17-də Strasburqda açıqlanacaq. Sənəddə Qərbi Balkanlardakı qeyri-AB ölkələrinin və Türkiyənin AB üzvlüyünə nə dərəcədə yaxınlaşmasından söz açılır.

Avropa Komissiyası 2009-cu ildən bəri hər il Makedoniyayla danışıqların başladılmasını tövsiyə edir. Ancaq AB üzvləri, özəlliklə də Yunanıstan danışıqlara qarşı çıxır. Makedoniya 1991-ci ildə müstəqillik qazanandan Afinayla Skopye arasında ölkənin adıyla bağlı narazılıq var. Afina şimal qonşusunun adının Yunanıstanın şimalında vilayətə ərazi iddiası ortaya qoyduğunu iddia edir.

XS
SM
MD
LG