Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Oktyabr, çərşənbə, Bakı vaxtı 14:43

Əlcəzairdə təyyarə qəzasında 257 nəfər ölüb


Hadisə yeri

Əlcəzairin Müdafiə Nazirliyi təyyarə qəzasında 257 nəfərin öldüyünü bildirir. Onlar əsgərlər və onların ailə üzvləridir.

Nazirlik bildirir ki, təyyarədəki 247 sərnişin və 10 heyət üzvü həlak olub.

***

Xəbər saytları Əlcəzairin fövqəladə xidmət rəsmilərinə istinadla təyyarə qəzasında ölü sayının 181-ə çatdığını bildirirlər.

***

Əlcəzairdə hərbi təyyarə qəzaya uğrayıb, yerli media 100-dən çox hərbçinin həlak olduğunu yazır.

Təyyarənin aprelin 11-də ölkənin şimal-qərbindəki Bufarik aeroportu yaxınlığında qəzaya düşdüyü bildirilir.

Televiziya görüntülərində ərazidən qalxan tüstü görünür.

Algerie24 televiziyasının məlumatına görə, hərbi təyyarə havaya qalxandan bir neçə dəqiqə sonra yerə düşərək yanmağa başlayıb, azı 105 nəfər həlak olub.

Dövlət xəbər agentliyi sovet istehsalı olan Il-76 təyyarəsinin ölkənin cənub-qərbindəki Beçara getdiyini xəbərləyib.

Qəzanın səbəbi, hələlik, bəlli deyil.

Bufarik paytaxt Əlcəzairin 30 kilometrliyində yerləşir.

XS
SM
MD
LG