Keçid linkləri

Təcili xəbərlər
2018, 10 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 07:44

Moskvada ticarət mərkəzində yanğında bir nəfər ölüb


Hadisə yeri

Moskvada uşaq malları satılan ticarət mərkəzində yanğın olub, bir nəfər həlak olub, 100-dən çox adam evakuasiya edilib. Rusiya mediası yanğının üst mərtəbələrin birinin anbarında başladığını yazır.

TASS dövlət agentliyinə görə, yanğın aprelin 4-də Persei Dlya Detei (Uşaqlar üçün Persey) ticarət mərkəzində baş verib.

Fövqəladə xidmət və yanğınsöndürmə rəsmiləri azı 115 nəfərin evakuasiya olunduğunu bildirir.

Yanğınsöndürənlər dördmərtəbəli, sahəsi 6 min kvadrat metr olan binada kimsənin qalıb-qalmadığını hələ də araşdırırlar.

Ötən ay Sibirin Kemerovo şəhərində ticarət mərkəzində yanğın 64 nəfərin həyatına son qoyub, onlardan 41-i uşaq olub. Bundan sonra belə binalarda təhlükəsizlik qaydalarına necə əməl olunması diqqət mərkəzinə gəlib.

Günün bütün mövzuları

XS
SM
MD
LG