Keçid linkləri

Təcili xəbərlər
2020, 26 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 07:21

QMİ: Həcc kvotasında azalma yoxdur


Məkkə

«Həcc kvotasında azalma yoxdur».

Bunu Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) bildiriblər.

İdarədən Həcc ziyarətinə gedəcək zəvvarların sayının endirilməsi haqda məlumatları əsassız sayıblar: «Yəni, bu say iki min nəfər olacaqsa, iki min nəfər ziyarətə gedəcək. Ya 900 nəfər olacaqsa, 900 nəfər gedəcək. Burada əsas məsələ Azərbaycandan ziyarətə gedəcək zəvvarların sayinın nə qədər olmasındadır. Ona görə deyirik ki, kvotanın azaldılması ilə bağlı xəbərlərin əsası yoxdur».

2018-ci ildə Azərbaycandan Həcc ziyarətinə getmək istəyən zəvvarların sənəd qəbuluna fevralın 12-dən başlanıb. Verilən məlumata görə, yalnız bir variantda təşkil olunan ziyarətin adambaşına qiyməti 4 min 150 ABŞ dollarıdır.

Azərbaycandan Həcc ziyarətinə zəvvarların səfəri avqustun 14-i, 15-i və 16-da nəzərdə tutulur. Zəvvarların vətənlərinə dönüşləri isə sentyabrın -1-i, 2-si və 3-nə gözlənilir.

Həcc ziyarətinə gediş yalnız təyyarələr vasitəsilə təşkil edilir.

Xatırlatma

Ötən il Azərbaycandan Həcc ziyarətinə 900 nəfər gedib. Ziyarət ancaq təyyarə vasitəsilə gerçəkləşib. İraq və Suriya ərazilərindəki silahlı münaqişələr üzündən Azərbaycandan avtobusla Həccə getmək dayandırılıb. Ziyarət zəvvarlara təqribən 3 min 580 dollara başa gəlib.

Son illər ölkədə Həcc ziyarətinə gedənlərin sayının azaldığı bildirilir. Hətta ötən il Həccə Azərbaycandan əvvəlcə 600 zəvvarın gedəcəyi gözlənilirdi. Sonradan 300 nəfərin artdığı açıqlandı. 2016-cı il kvota 1500 nəfərdən 1040 nəfərə endirilmişdi. 2015-ci ildə isə Azərbaycandan Həccə 2 min 400 zəvvar getmişdi. Əvvəlki illərdə bu rəqəm daha yüksək idi.

Həcc ziyarətinin tərkib hissəsi olan Qurban bayramı bu ilin avqustuna təsadüf edir.

Multimedia

XS
SM
MD
LG