Keçid linkləri

Təcili xəbərlər
2020, 21 Oktyabr, çərşənbə, Bakı vaxtı 21:06

Yağış, külək, qar, dolu gözlənir


Yağış

Aprelin 3-də Bakı və Abşeron yarımadasında havanın arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, gecəyə doğru bəzi yerlərdə yağış yağacağı bildirilir. Mülayim cənub-qərb küləyinin əsəcəyi, günün ikinci yarısında arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacağı vurğulanır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 6-8, gündüz 12-17, Bakıda gecə 6-8, gündüz 13-15 dərəcə isti olacaq.

Aprelin 3-də Azərbaycanın rayonlarında da hava şəraitinin, əsasən, yağmursuz olacağı, lakin axşama doğru şimşək çaxacağı, arabir yağış, dağlıq ərazilərdə qar yağacağı bildirilir. Gecə 4-9, gündüz 15-20, dağlarda gecə 0-4, gündüz 7-12 dərəcə isti təxmin edilir.

Nazirlik xəbərdarlıq edir ki, aprelin 3-ü günün ikinci yarısı qərb bölgəsindən başlayaraq aprelin 5-dək Azərbaycanın rayonlarında hava şəraiti qeyri-sabit keçəcək, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, dolu düşəcəyi gözlənir. Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarında sululuğun artacağı ehtimal olunur.

Multimedia

XS
SM
MD
LG