Keçid linkləri

Təcili xəbərlər
2018, 25 Aprel, çərşənbə, Bakı vaxtı 08:39

Fransada dəmiryol işçiləri tətil planlaşdırır


Arxiv fotosu

Fransada qatarlara nəzarət edən idarə xəbərdarlıq edib ki, aprelin 3-4-də ölkədə və Qərbi Avropada fəhlələrin gözlənən tətili böyük kəsintilər yaradacaq.

SNCF adlı qurum aprelin 1-də bildirib ki, iki gün ərzində yüksək sürət qatarlarının yalnız 15, region qatarlarının isə 25 faizi çalışacaq.

Dəmiryol həmrəylik birlikləri hökumətin borc içində olan SNCF-i restrukturizasiya planlarından qəzəbləniblər. Çoxları bunun özəlləşdirmə yönündə ilk addım olmasından qorxurlar, hökumət isə bunu təkzib edir.

Qatar sürücüləri və SNCF-in digər işçilərinin tətiliylə üç aylıq tədbirlərə start verilir. Digər sektorlardakı həmkarlar da Prezident Emmanuel Macron hökumətinin islahat planlarına etirazlar təşkil edəcəklər.

Aprelin 3-nə zibildaşıyanlar, elektrik və enerji sektoru əməkdaşları, Air France işçiləri də tətil planlaşdırır.

Günün bütün mövzuları

XS
SM
MD
LG